Modern.az

Moskva Ərdoğanın açıqlamasını TƏKZİB ETDİ

Moskva Ərdoğanın açıqlamasını TƏKZİB ETDİ

3 Fevral 2020, 15:29

“Türkiyə ordusu Suriyanın İdlib bölgəsində Əsəd qüvvələrinin mövqelərinə aviasiya zərbələri endirməyib”.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Rusiya tərəfi Türkiyə aviasiyasının Suriya sərhədlərini keçmədiyini, hərbçilərin həlak olduğu insidentdə Türkiyə tərəfinin təqsirli olduğunu bildirib.

Belə ki, Türkiyə tərəfi qoşunları İdlib bölgəsində hərəkət marşrutları barədə öncədən məlumat verməyiblər və buna görə Suriya ordusunun atəşinə məruz qalıblar.

 

Xatırladaq ki, prezident Rəcəb Tayyip Ərdoğan Suriya ordusunun mövqelərinə aviasuiya zərbələri endirdiklərini elan etmişdi.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat