Modern.az

Abay Kunanbayevin “Qara sözü”ü Modern.az-da - On birinci söz

Abay Kunanbayevin “Qara sözü”ü Modern.az-da - On birinci söz

3 Fevral 2020, 15:50

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

ON BİRİNCİ SÖZ

 

Bu xalqın önəm verib gördüyü iş nədən ibarətdir?   Onların iki məqsədi var.  Əvvəli oğurluq. Oğru fikirləşir ki, çölə çıxıb oğurluq edib başını saxlayacaq. Çünki oğru hər zaman oğurluqla mal sahibi olmağa çalışır.  Bir də məqam gözləyənlər var. Onlar da  oğru ilə sənin arandakı davada sənin haqqını qoruyacağını deyib, oğrudan alır.  Həm şikayətçidən , həm də oğrudan qazanır. Adi xalq da  oğrudan şikayət edərək və yaxud da ki,  oğruya atını sataraq,  və ya oğrunun  sata bilmədiyi atını ucuz qiymət alaraq, o da belə qazanmağa çalışır.  İkinci tip fitnə- fəsad oyunçuları var ki,  sənə yaxınlaşar, ağlının ucundan belə keçirmədiyin bir fikri beyninə salıb, həvəsləndirər, deyər ki, bu işi görsən varlanacaqsan, bu işi görsən güclü olacaqsan, bu işi görsən öz qisasını alacaqsan, bu işi görsən məşhur olub ad qazanacaqsan , vədləriylə , öz yerində olan insanları  çaşdırarar və aldadarlar. Onların vədlərinə inanıb yoldan çıxan adamların yanında gəzərək, öz mənfəətlərini güdər, qazanarlar.

 

Özünü elin çoxbilən adamı kimi göstərən  bəzi kişilər də “Bu çox gözəl fikirdir, bu işdə sənin yanında olacaq, səni dəstəkləyəcəyəm”,- deyib ,  bu vədlərə aldanıb yola çıxanın malını dağıtmağa başlayarlar.  Kəndin adi adamlarına da özünü misal çəkib : “Mənim bu qədər evim, varım-dövlətim var, söz sahibi, hörmət sahibiyəm, sənin sözünü  deyib, sənin dəstəkləyəcəyəm” deyə, bu məsələdə kim ona çox pul-para  verirsə, gecə-gündüz özünü həmin adamın yanında göstərib, şəxsiyyətini, kəndini, arvad-uşağını ayaqlar altına atar. Bu oğurluq və fırıldaq  aradn qalxsaydı, xalq  özü  öz qabiliyyəti  və fərasəti ilə  bildiyi işi görər,  işləməyə başlardı.  Varlı öz malına sahib çıxardı,  fağır və kasıblar isə öz ehtiyaclarını ödəmək üçün öz yolu ilə gedərdi, hər kəs adam kimi öz gücü çatan qədər işləyib, gücü yetən qədər yaşayardı. İndi neyləyəsən ki, xalqın özü bu iki oğurluq işində ortaqdır, bunu kim düzəldəcək, kim aradan qaldıracaq? Bütün bunlara baxanda fikirləşirəm ki,  sədaqəti və  abır-həyanı itirmişik.  Əlbəttə oğurluğu tərgitsəydilər, hər şey asan ola bilərdi, əfsuslar olsun ki, bizimkilər ancaq saxtakarların sözlərini dinləyirlər, onlara uyan  varlıları kim bu yoldan saxalayacaq?

1891.

 

Tərcümə etdi: Aida Eyvazlı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır