Modern.az

“Bu kino ki var...” - Tezliklə Axundovu, San Sanıçı və Kantemirovu yenidən ekranda görəcəyik

“Bu kino ki var...” - Tezliklə Axundovu, San Sanıçı və Kantemirovu yenidən ekranda görəcəyik

Aktual

5 Aprel 2012, 11:17

“Azərbaycanfilm”ə film çəkilişləri üçün 6 miilyon manat ayrılıb


Son illər kino sahəsində bir canlanma müşahidə olunur. Bu canlanmanı həm bədii, həm sənədli, həm də cizgi filmlərinin çəkilişindən görmək olar. Kino sahəsində olan son yenilikləri öyrənmək üçün Modern.az saytının əməkdaşı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxova müraciət edib. Yusif Şeyxov bildirib ki, 2012-ci ildə kino sahəsinə dövlət büdcəsindən 6,5 mln. manat ayrılıb. Bu ayrılan vəsaitə bədii, sənədli, cizgi filmləri çəkilir.

Mart ayında “Azərbaycanfilm”də “Çölçü” bədii filminin istehsalı başa çatdırılıb. Həmin studiya bir neçə bədii film üzərində işi hələ də davam etdirir. Bu filmlər bunlardır: “Dolu”, “Sübhün səfiri”, “Dərvişin ölümü”, “Qisas almadan ölmə”. Bu yaxınlarda Asif Rüstəmov öz ssenarisi ilə ilk böyük bədii filminin istehsalına başlamalıdır. (“Dənizə doğru”). 

“Salnamə” studiyası “Mən evimə qayıdıram” bədii filmini tamamlamaq üzrədir.

Bir neçə film Türkiyə və Rusiya ilə birgə çəkilir. Onlardan “Mahmud və Məryəm” Türkiyə kino sənətçiləri ilə birgə, “Qırmızı bağ”, “Qorxma mən səninləyəm-2” isə Rusiya ilə birgə olaraq çəkilir.

Almaniya, İspaniya, Rusiya, Özbəkistan, Fransa və başqa ölkələrin kinematoqrafçılarının iştirakı ilə sənədli filmlər çəkilir və yaxın zamanda da yeni film çəkilişlərinə başlanacaq.

“Bu meydan, bu ekran” gənclər müsabiqəsinin qalibləri üç film çəkəcək. Ötən ilki müsabiqə qaliblərinin qısa filmləri yaxın zamanda tamaşaçılara təqdim ediləcək.

“Yaddaş” studiyasında Milli qəhrəmanlar haqqında dörd sənədli film çəkilir. Həmçinin də iki cizgi filmi  çəkilib qurtarmaq üzrədir. Bunlar  “Azanfilm” studiyasının çəkdiyi  “Köhnə ev” və “3D” şirkətinin çəkdiyi “Cırtdan və Təpəgöz” filmləridir.

Könül Səid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir