Modern.az

Bakıdakı Çin restoranlarından and-aman: “Çindən heç nə gətirmirik”

Bakıdakı Çin restoranlarından and-aman: “Çindən heç nə gətirmirik”

4 Fevral 2020, 14:58

Koronavirus təhlükəsinin dünya səviyyəsində həyəcan yaratması bir çox sahələrdə, xüsusilə də qida sahəsində insanların ciddi narahatlığına səbəb oldu.

 

Ölkəmizdə də müştərilərinə çin yeməkləri təklif edən restoranlar, onlayn suşi xidməti göstərən səhifələr var. Maraqlıdır, koronavirus həmin məkanlarda müştərilərin, eləcə də sifarişlərin azalmasına necə təsir edir?

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Bakıda yerləşən bir neçə Çin restoranı ilə əlaqə saxlayıb.

 

“Hong Kong” restoranından bildirilib ki, burada yeməklər Çindən gətirilən məhsullarla hazırlanmır:

“Biz müştərilərə də izah edirik ki, Çin mətbəxi o demək deyil ki, məhsullar Çindən gəlməlidir. Ətdən boluq, qurbağa istəyən isə yoxdur. Çin restoranı olsaq da, bizdə bəzi yeməklərə heç vaxt ehtiyac olmayıb. Bitkilərin, ədviyyatların hamısı özümüzdə yetişir, yaxud da İrandan gəlir. Çindən gələn bir dənə də məhsulumuz yoxdur. Amma tam olaraq Çin resepti ilə bişirmək üçün vasitələrin hamısı bizdə var”.

 

“Jasmine” restoranından isə bu məsələnin müştəri azalmasına heç bir təsirinin olmadığı bildirildi.

 

“Shin Shin” restoranından isə qeyd ediblər ki, həmişəki müştəriləri yenə də gəlməyə davam edirlər.

 

Onlayn suşi xidməti göstərən səhifələrdən birindən bu aylarda sifarişlərin həmişə az olduğu deyilib:

“Hər il yanvar-fevral aylarında nəinki bizdə, istənilən sferada iş zəif olur. Hazırkı zəifliyin mövsümlə, yoxsa virusla əlaqəsinin olduğunu deyə bilmərik”.

 

Digər bir səhifədən də bildirilib ki, onların məhsulları Çindən deyil, Rusiya və Ukraynadan gətirilir.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi