Modern.az

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - 12 və 13-cü sözlər

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - 12 və 13-cü sözlər

4 Fevral 2020, 15:42

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

 

On ikinci söz

 

İnsanın ibadətinin doğru və ya yalnış olmasına irad tutanlar bilməlidirlər ki, onun ibadətinə səhv axtarmaq doğru deyildir. Çünki o ibadət edən insan sidq ürəklə özünü haqqa yaxınlaşdırır. Belə düşünmək belə ayıbdır. Hətta, bu haqqa tapınan  insanlar  etdikləri ibadəti tam mənasıyla anlamasalar belə, bu barədə elmi bilikləri yoxdursa belə, onları qınamaq olmaz.  Bu bir savabdır. Əgər ibadətin necə etməyin doğru olduğunu öyrənmək istəyərsə, o zaman  iki şərt vardır ki, bunu mütləq bilməlidirlər. Birincisi imanı və etiqadı gücləndirmək lazımdır. İkincisi isə öz ibadətimi özüm öyrəndiyim qədər edirəm, deməkdənsə, bilmədiklərini də öyrənsə daha yaxşı olar. Bunu öyrətmək üçün isə dindən elmi cəəhətdən kamil olan topluma başçılıq etməli, yol göstərməlidir.   Hər kəs öyrənmədən, çatışmazlıqlarını tamamlamadan, bilə-bilə geridə qalırsa, öyrənməkdən vaz keçirsə, onu Allah bağışlamaz.  İbadətləri qəbul olmaz.  Amma və lakin hər kim ki, imanını necə  kamilləşdirdiməyinin yollarını axtarmasa, çatışmazlıqlarının nədən ibarət olduğunu bilməsə, başına  əmmamə hörüb namaz qılan, oruc tutan , məclislərdə  imandan danışanlar içərisində  əsil kəlamları bilməyib, duaların yerini səhv salırsa, elə bilməsin ki, bununla onun könlü xoş olacaq. Mühafizəsiz və  şüursuz iman sağlam ola bilməz. Özünü İhlas  oxumaqla böyük dini alim saymaq dini yaşatmaq deyil, dini yaşatmaq üçün qeyrət göstərmək lazımdır, belə fürsətcil dindarların imanına da şübə edilir.

1892.

 

On üçüncü söz

 

İman dediyimiz Allah təalanın şərikisiz, şübhəsiz birliyinə, varlığına və bizə Peyğəmbərimiz (S.A.V) vasitəsilə göndərdiyi  hər cür vəyhlərinə və söylədiklərinə boyun əyib inanmaqdır.  Bu imana sahib olmağın iki yolu var: əvvəla  Allahın hansı əmrinə iman edilirsə,  iman edən onun vacibliyinə ağılla dəlil tapacaq, ağlı bu deyiləni qəbul edirsə, deyirlər ki, imanı kamildir..  İkincisi isə kitabdabn oxuyaraq, ya da mollaların moizələrindən dinləyərək iman edib , nəticə çıxardığına da sağlam bir ruhla bağlanmalıdır.  Birisi onu öldürməklə qorxutsa belə,  min kişi, min cürə təhdid etsə də, buna görə könlündə tutduğu yolundan dönməməli və  kənar təlaütümləri könlünə yaxın qoymamalı, könlündə bir qala tikib, sağlam olmalıdır. Belə imana təqlidi iman deyilir.

Özünü imanlı saxalamaq çün  hər şeydən əvvəl köksünün altında alovlu ürəyin, azad ruhun  və öz gücünə inamın olmalıdır. “Kamil imanı  var”- deməklə elmi olmayan, “təqlidi imanı var”  deməklə üçün  qərarı olmayan, aldadana və ya yol azdırana, və yaxud da  mənfəətinə görə ağa qara deyən, qaraya ağ deyən, yalana doğru deyən dırnaqarası iman sahiblərinə nə deyəcəyik?  Deyin ki, belələrindən Allah qorusun! Hər kəs bilməllidir ki, yuxarıda yazdığım iki cür imandan başqa iman yxdur. Hər bir kəs bilməlidir ki, iman insanın içərisndə, əməlindədir. Əsil iman və inam yuxarıda yazdıqlarımdadır.

Dini əlində rəhbər turub, allahı və bəndəni aldadanlar bilməlidirlər ki, onların bu etdikləri allah tərəfindən cəzasız, cavabsız qalmır.  Onlar bağışlanmayacaq.  Bu Allah təalanın və Peyğəmbərimizin şəfaətinə və əhvinə uyğun deyil. “Qılıncın üstünə and içilməz!” “Allah gunahları bağışlayandır” kimi yalançı fikirləri yayan bəndənin isə üzü qara olsun, bunu öz faydaları üçün deyənləri isə  Allah tərəfindən ən böyük cəza gözləyir.

1892.

 

Tərcümə etdi: Aida Eyvazlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı