Modern.az

Vanqa: “2010-da 3-cü Dünya Müharibəsi başlayacaq”

 Vanqa: “2010-da 3-cü Dünya Müharibəsi  başlayacaq”

3 Yanvar 2010, 21:42

11 sentyabr dəhşətini öncədən xəbər vermiş, Bolqarıstanın Nostradamusu adlandırılan Vanqa nənənin pronozuna görə 2010-cu ildə müharibə olacaq. Modern.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, 2001-ci ilin 11 sentyabr partlayışlarını öncədən görmüş və 1996-cı ildə vəfat etmiş Vanqa ölümündən qabaq 2010-cu ildə dünyanı sarsıdacaq qorxunc bir savaşın baş verəcəyini proqnozlaşdırıb. “2010-da aralarında Hindistanın da olduğu 4 Asiya ölkəsinin liderlərinə qarşı sui-qəsd olacaq. Bu sui-qəsdlər böyük əks-təsir yaradacaq və 3-cü Dünya Müharibəsinin başlamasına səbəb olacaq. Noyabr ayında  başlayacaq müharibə 2014-cü ilə qədər davam edəcək”-deyə Vanqa bildirib.  

     

Vanqanın digər proqnozları:

- Dünyanın sonu 3797-ci ildə gələcək.
- 2011 –ci ildə müsəlman ölkələr kimyəvi silahdan istifadə edəcək.
- 2014-cü ildə bəşəriyyətin yarısı xərçəngə tutulacaq.
- 2018-ci ildə dünyanın yeni hakimi Çin olacaq.
- 2043-cü ildə Avropaya bir müsəlman ölkəsi hökm edəcək.
- 2097-də kimsə yaşlanmayacaq.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir