Modern.az

Nobel mükafatçısı olan keçmiş SS-çi İsraili sərt tənqid edib

Nobel mükafatçısı olan keçmiş SS-çi İsraili sərt tənqid edib

5 Aprel 2012, 16:04

Alman yazıçısı və Nobbel mükafatı laureatı Günter Qrass İsrailin İran əleyhinə siyasətini sərt şəkiildə tənqd edib. Modern.az bildirir ki, bu barədə nüfuzlu “Şpiqel” jurnalı məlumat yayıb.  Eyni gündə “Sueddeutsche Zeitung”, “The New York Times”, “La Repubblica”,  və “El Pais” qəzetlərində çap olunan  bu yazı bomba kimi partlayıb.

Yazısında İsraili “kövrək sülhün pozucusu” adlandıran Qrass yəhudi dövlətinin İrana olan hucumlarını sərt şəkildə pisləyib. Qrass yazıb ki, məhz İsrailin ucbatından sülh təhlükə altına düşüb. Yazıçı dünya ictimaiyyətini təkcə Tehranın deyil, İsrailin də atom proqramlarını nəzarət altına almağa çağırıb.  O qeyd edib ki, Almaniyada və bütün dünyada hamının susduğu kimi susmaq istəmir. Nobel mükafatı laureatı vurğulayıb ki, dünyada məsələni antisemit damğasından çəkinrərək qaldırmaqdan qorxurlar. 

Yazıdan sonra Qrassa qarşı KİV-də əsl hucum başlanıb. Antisemitizmdə ittiham olunan yazıçıya dərhal xatırladıblar ki, o faşist reyxinin ən elit hiissəsi olan SS-də xidmət edib. 84 yaşlı yazıçının avtobioqrafik kitabı olan “Yaddaş” əsəri 2006-cı ildə Almaniyada sensasiyaya səbəb olub. Yazıçı bu kitabda ilk dəfə etiraf edib ki, ikinci dünya müharibəsi zamanı SS-də xidmət edib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər