Modern.az

Bu ölkədə atalara da analarla bərabər məzuniyyət veriləcək

Bu ölkədə atalara da analarla bərabər məzuniyyət veriləcək

Aktual

6 Fevral 2020, 12:04

Finlandiyada atalara da analarla eyni miqdarda məzuniyyət veriləcək.

 

Modern.az xəbər verir ki, Finlandiya hökumətinin yeni planında  tam ödənişli məzuniyyətin ümumilikdə 14 aya çatacağı gözlənilir. Belə ki, hər valideyn 164 gün ödənişli məzuniyyətə çıxa biləcək.

Finlandiyadakı mövcud sistemə görə analara təxminən 4 aylıq məzuniyyət verilir. Atalar isə uşaq 2 yaşına çatana qədər 2 aylıq məzuniyyət götürə bilər. Ataların yalnız hər dördündən biri 2 aylıq atalıq məzuniyyətindən istifadə edir.

 

Yeni sistemin əsas məqsədi atalara da işdən vaxt ayırıb, uşaqları ilə daha çox vaxt keçirməyə şərait yaratmaqdır.

Finlandiyanın Sosial Məsələlər və Səhiyyə naziri Aino-Kaisa Pekonen açıqlamasında “İslahat münasibətlərdə böyük bir dəyişiklik yaradacaq. Çünki valideynlər arasındakı bərabərliyi tənzimləyəcək və ailələrin işini daha da asanlaşdıracaq” - deyə qərarı müsbət dəyərləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır