Modern.az

Parlament seçkilərində jurnalistlər daha aktivdir

Parlament seçkilərində jurnalistlər daha aktivdir

6 Fevral 2020, 17:17

Resurs Analitik İnformasiya Mərkəzi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı aparılan araşdırmaların nəticələrini açıqlayıb. 

 

Modern.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında mərkəz rəhbəri, siyasi ekspert Rasim Quliyev nəticələr haqqında məlumat verib. O, xatırladıb ki, mərkəz ötən ilin avqustunda qeydiyyatdan keçib:

 

"Təşkilatın məqsədi ölkədə, dünyada və regionda baş verən hadisələrin tədqiqatını aparmaq, bu hadisələri analiz etməkdir.

Mərkəzin tədqiqat mövzularından biri olan parlament seçkiləri ilə bağlı araşdırmalarımız var və bu zamanı maraqlı faktlar ortaya çıxıb. Keçən dövr ərzində apardığımız tədqiqatlarda bir çox nəticə əldə olunub. Builki parlament seçkilərində 5 milyon 238 min seçici qeydiyyata alınıb. Seçkidə çox sayda namizəd qeydə alınıb. Əvvəlki seçkilərdə sistem başqa idi. Bu sistemdə keçirilən seçkidə namizəd seçicilərlə birbaşa ünsiyyətdə olmalıdır. Bu müddət ərzində keçirilən seçkilərdə artıq seçici mədəniyyəti formalaşıb.

Məsələn, 2005-ci il parlament seçkilərində seçici fəallığı 42 faiz, 2010-cu ildə 46 faiz olduğu halda, 2015-ci ildə bu rəqəm 55 faiz olub.

Keçən il bələdiyyə seçkilərində isə 32,2 faiz seçici fəallığı olub. Bu isə onu göstərir ki, bələdiyyə institutu ölkədə yeni olduğundan, seçicilərdə bu təsisatla bağlı maarifləndirmə zəifdir. Ona görə də bələdiyyə seçkilərinə maraq azdır. Ölkədə Milli Məclisə seçkilərdə seçici fəallığı sonuncu dəfə 55 faiz olduğu halda, prezident seçkilərində bu göstərici 85 faiz olub".

 

Mərkəz rəhbəri deyib ki, parlament seçkilərində iştirak etmək istəyənlərin əksəriyyəti ziyalı təbəqədir:

 

"Jurnalistlər bu dəfə daha aktivdir. Onların seçkidə aktiv iştirakı onu göstərir ki, ziyalı təbəqə bu işdə maraqlıdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?