Modern.az

Bakıda dəhşətli qətl - Qardaş bacısının boğazını kəsərək öldürdü

Bakıda dəhşətli qətl - Qardaş bacısının boğazını kəsərək öldürdü

7 Fevral 2020, 09:24

Bakıda qətl hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 12, mənzil 26-da qeydə alınıb.

 

Zəngilan rayon sakini, Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

 

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gələrək cinayəti etiraf edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü