Arxiv
7 Fevral 2020, 12:24 | ƏDƏBİYYAT
“...Sənsiz olanda”  - Xalq şairi Cabir Novruzun xatirəsinə

Neçə vaxtdır, “Həyat sən nə qəribəsən” deyib, şerlərində bizi həyatın qəribəliklərinin seyrinə daldıran, “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri” deyib, hamımızı o gözəl tələbəlik illərinə qaytararaq bizdə nostalji hisslər yaşadan, “Kaş millətdə ruh yaşasın” və ya “Özünü qoru, xalqım” deyib, xalqda vətənpərvərlik hissləri aşılayaraq, onları daim ayıq- sayıq olmağa, torpaqları qorumağa səfərbər edən, “Tələsin insanlar əldən tutmağa, tələsin ömür edib sən yaşamağa” deyib insanları yaxşılıq etməyə, ülviyyətə səsləyən, “Həm həqiqət, həm əfsanə, məhəbbət” deyərək bizi saf, ülvi məhəbbətə çağıran bir şairimiz -Xalq şairi Cabir Novruz üçün qəribsəmişik.Vəfatından illər keçsə də, heç vaxt unudulmur, daim xatırlanır.

 

70 ildə sakit, təlatümsüz zamanlarda, surətlə dəyişən, püskürən, qloballaşan dövrlərdə də həm şair, həm də bütöv insan, şəxsiyyət kimi bütün sınaqlardan, həyatın keşməkeşlərindən ləyaqətlə, dəyanətlə çıxan vüqarını gözləyən ədib 1933-cü il mart ayının 12-də bəşəriyyətə Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi nəhəng qələm sahibləri yetişdirən Xızı rayonunun Upa kəndində dünyaya göz açıb:

 

Mən dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli ailədə doğulmadım,
Ən sadəcə bir insandı atam mənim,
Zər- xaralı yataqlarda yatammadım,
Məst olmadım, incə, zərif qucaqlarda
Boy atmadım meydan-meydan otaqlarda.
Mən doğuldum … payız yerə qəm yazanda
Bu dünyanın ən balaca komasında.

 

Şair həmin kəndin bulaqlarından, dağ havasından qaynaqlanaraq ötən əsrin 50- ci illərində ədəbiyyata gəldi.Milli irsimizin zəngin ənənələrini müasir ədəbi cərəyanların tələbləri ilə ülvi şəkildə birləşdirən C.Novruzun ədəbiyyatda gəlişi səssiz, haraysız olmadı. Təbiətində qaynarlıq olan şair gəlişi ilə ədəbiyyata bir sıçrayış, tərpəniş etdi. Lirik, romantik, vətənpərvər şerləri ilə oxuyucularını maraqlandırdı, düşündürdü, tərbiyələndirdi, nəğmələriilə milyonların qəlbinə nüfuz edərək, onlara xoş anlar, zərif  duyğular bəxş elədi.

 

Uşaqlığı dağlarla, meşələrlə əhatə olunmuş Xızının “Upa” kəndində keçən Cabirin ilk eşitdiyi səs, təbii ki, ən ülvi, ən müqəddəs ana laylasından sonra, ən əsrarəngiz səs bulaq şırıltısı və cəh-cəh vuran quşların səsi olub. Təmiz dağ havası udub, meşələrdəki ağacları, gül-çiçəkləri, otları, təbiətdəki heyvanat aləmini seyr edib. Bütün bunlar C. Novruzun yaradıcılığında çox incəliklə, poetik notlarla əks olunub:

 

Uşaqlığım qaynar, odlu,
Şirəsini sizdən tutdu,
Siz piyada mən sə atlı,
Bulaq suyu, dağ havası
Zirvələrin başı qarlı, meşələrin içi barlı,
Ay kökünə etibarlı- bulaq suyu, dağ havası.

Nəğməm sizdən havalandı,
Şerim sizdən cilalandı,

Qanım sizdən mayalandı-
Bulaq suyu, dağ havası.

 

Ədəbiyyata yenilik, coşqu gətirən Cabir Novruz yaradıcılığının ilk illərindən yüksək bəşəri – mənəvi, ideya – bədii dəyərləri tərənnüm edən şeirləri ilə diqqət çəkirdi. Onun qələminin məhsulu olan bəşəri hiss və duyğuları özündə ehtiva edən lirik şerləri ədibə tez bir zamanda geniş oxucu məhəbbəti, rəğbəti qazandırıb.

 

Saf, pak qəlbli insan olan Cabir Novruzun Allahin ona bəxş etdiyi sadəlikdən, səmimi və insani hisslərdən yoğrulan, ürəyi ilə dili, düşündükləri ilə əməlləri arasında heç bir fərq qoyulmayan yaradıcılığı daim oxucuda maraq doğurur, düşündürür, həyata düzgün baxış formalaşdırır. Şairin yaradıcılığında “Sağlığında qiymət verin insanlara” adlı şeri ədibin sanki bir növ həyat pasportuna çevrilib. Dillərdə zərb məsələ kimi yuva salıb:

 

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…

 

Gözəllik, bəşəri hiss və duyğular, saf məhəbbət, sevgi kimi ali dəyərlər C.Novruzun lirikasın əsas leytmotivini təşkil edir. Bu şerlərdə bir harmoniya  var, musiqi var. Bəlkə elə bu səbəbdəndir ki, onun şerlərinə bəstəkarlarımız ölməz mahnılar bəstələyiblər. Başda SSRI Xalq artisti Zeynəb Xanlarova olmaqla demək olar ki, bütün müğənnilər bu mahnılara müraciət edib. Xalq artisti Oqtay Kazımı ilə birgə iş C. Novruz nəğməkar şair etməklə böyük nəğmə silsiləsi yaranmasına səbəb olub.

 

Elə bir insan tapılmaz ki,Tələbəlik illərinin xiffətini çəkməsin. O, illərin sevimli çağları, macəraları, çətinlikləri, xoş anları daim qəlbimizdə dərin kök salır, sızıldayır. Məhz bu sızları C. Novruz məharətlə, qələmə alaraq, bizdə daim bu illərin həsrətini, xoş xatirələrini yaşadır:

 

Çox-çox adi dolanan,
Dünyaya,cahana,insana.
Gələcəyə inanan,
Tələbə, tələbə, tələbə.

 

Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz,
Tələbəlik illəri.

 

Azərbaycan ədəbiyyatında çox nadir hallarda “İblis” obrazı insanla bir araya

gətrilir. Böyük Hüseyn Cavidin:

İblis nədir? Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?–İblis!”_ aksiyomasından

sonra Cabir Novruz yaradıcılığında “İblisə” xitab edir:

“Ən dözülməz ağrılara, acılara tab edirəm.

Şeytandan ümid umuram, iblisə xitab edirəm!

Ürəyimin al qanını döndərib kabab edirəm,

Başıma çəkib içirəm səni unutmaqdan ötrü,

Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü…

 

Təbiətin, insan qəlbinin ülviliyini, həyat gözəlliklərini vəsf edən C. Novruz həm də daim vətəndaşlıq mövqeyini nümayiş etdirən bir vətənpərvər, mübariz şair idi.

Xalqımızın həyatında baş verən tale yüklü məsələlərə dərhal reaksiya verən şair daim ictimai- siyasi proseslərin fövqündə oldu, onun fəal iştirakçısına çevrildi:

 

Müqəddəs, ulu xalqım,

Gözümün nuru, xalqım,

Ən qorxulu zamandır,

Özünü qoru, xalqım.

 

Bir tora ilişmisən,

Çaynaqları dərində.

Bir oyuna düşmüsən,

Oyuncaqlar əlində.

 

Üzərində əsirlər

Qara yellər görürəm.

Sənə quyu qazırlar,

Mənfur əllər görürəm.

 

Təklənmisən yenə də,

Əyilməz, ulu xalqım.

Oğul, sözüm sənədir,

Özünü qoru, xalqım

 

Ədib həm də gənclik şairi, məhəbbət şairi idi. Daim gənclik şövqü ilə yazıb yaradırdı:

 

O bu boyda bir cahanı yaradıb,
Yeri göyü asimanı yaradıb.
İnsan onu, o insanı yaradıb,
Bu həyatın əlifbası məhəbbət,
Ən ilk nəğmə, ən ilk yazı, məhəbbət

 

Hər ömürdə bir ulduza dönər o,
Gah şimşək tək birdən çaxıb sönər o,
Gizli gələr, fəqət aşkar dinər o,
Canda nəfəs, damarda qan məhəbbət
Həm var olan, həm yox olan məhəbbət

 

O dəryadı kükrəyəndə, daşanda,
O gövhərdir üzüklərin qaşında,
O sevdadir hey dolanır başımda,
Gah ağıllı, gah divanə məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət.

 

Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində əvəzsiz rolu Cabir Novruz  həqiqətən də sadə, səmimi bir insan, bütöv şəxsiyyət idi. Vətənpərvər, həqiqət və inam, sevgi və gözəllik şairi,  məhəbbət şairi, insan qəlbinin mühəndisi Xalq şairi Cabir Novruzun söz dünyası və qəlbləri fəth edən həzin mahnılara dönmüş  şeirləri daim onu əbədi yaşar edəcək, xalqın əbədi sevgisi daim var olacaqdır.

 

Qafar Əsgərzadə

Əməkdar   Jurnalist, Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent.

 

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan-Türkiyə sənədləri imzalanıb 25 Fevral 2020, 18:16 MSK 24 saat müddətində sənədləri Konstitusiya Məhkəməsinə göndərəcək 25 Fevral 2020, 18:14 Goranboyda 70 yeni iş yeri açılacaq 25 Fevral 2020, 18:11 Güclü külək Bərdə və Tərtərdə fəsadlar törədib 25 Fevral 2020, 18:08 MSK-dan Fatma Yıldırımın dairəsi ilə bağlı QƏRAR 25 Fevral 2020, 18:04 Ağdamda mənzildən 28 min dollar oğurlayan şəxs saxlanıldı 25 Fevral 2020, 18:03 Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 18:02 Mehriban Əliyeva məşhur musiqiçinin müalicəsi ilə bağlı tapşırıq verdi  25 Fevral 2020, 17:59 Gəncədə küləyin sürəti 35 metrə çatıb 25 Fevral 2020, 17:54 Spirt və maska koronavirusun qarşısını alır? - Baş infeksionistdən AÇIQLAMA 25 Fevral 2020, 17:54 Nazirlik ağac kəsən şirkəti rekord məbləğdə CƏRİMƏLƏDİ 25 Fevral 2020, 17:42 Xocalıya həsr edilmiş mahnılar: Faiq Sücəddinov qarışdırdı, Xanım İsmayılqızı “yoxdur” dedi 25 Fevral 2020, 17:37 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 25 Fevral 2020, 17:33 Elşən Musayevin dairəsində də məntəqələrin nəticəsi ləğv edildi 25 Fevral 2020, 17:32 İlk Novruz hədiyyəniz Azercell-dən olsun! 25 Fevral 2020, 17:29 Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ 25 Fevral 2020, 17:27 MSK bu dairədə 9 məntəqənin nəticəsini etibarsız SAYDI 25 Fevral 2020, 17:21 İsa Qənbərin oğlunun şikayəti təmin olunmadı 25 Fevral 2020, 17:18 Qalib Salahzadənin oğlunun dairəsində məntəqənin nəticəsi ləğv olundu 25 Fevral 2020, 17:06 MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı 25 Fevral 2020, 17:00 Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb 25 Fevral 2020, 17:00 Sarkisyan məhkəmə qarşısına çıxır – FOTO 25 Fevral 2020, 16:56 Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi 25 Fevral 2020, 16:54 MSK bu gün parlament seçkilərinin nəticələrini təsdiq EDƏCƏK 25 Fevral 2020, 16:44 Koronaviruas daha bir ölkədə TAPILDI 25 Fevral 2020, 16:42 İranda yenə zəlzələ oldu 25 Fevral 2020, 16:38 “Dünən şəhid olan İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm” - Ərdoğan 25 Fevral 2020, 16:30 Baş həkim işdən ÇIXARILDI 25 Fevral 2020, 16:22 Türkiyə parlamentindən Xocalı faciəsi ilə bağlı ÇAĞIRIŞ 25 Fevral 2020, 16:14 İranın səhiyyə nazirinin müavini koronavirusa YOLUXDU - VİDEO 25 Fevral 2020, 15:58 Güclü külək Goranboyda fəsadlar törətdi 25 Fevral 2020, 15:54 Qadının boyunbağısını oğurlayan şəxslər saxlanıldı 25 Fevral 2020, 15:36 Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı 25 Fevral 2020, 15:31 Hüsnü Mübarək vəfat etdi 25 Fevral 2020, 15:16 İlham Əliyev Ərdoğanla görüşdü 25 Fevral 2020, 15:14