Modern.az

Təhsil cameəsi Etibar Əliyevi DƏSTƏKLƏDİ: “Uğurlu deputat olacaq”

Təhsil cameəsi Etibar Əliyevi DƏSTƏKLƏDİ: “Uğurlu deputat olacaq”

7 Fevral 2020, 14:24

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası bitmək üzrədir.

 

Budəfəki seçkilərdə namizədlər arasında təhsil cameəsindən də xeyli şəxs var.

Onlardan biri də 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd təhsil eksperti Etibar Əliyevdir.

 

Modern.az tanınmış təhsil ekspertlərindən Etibar Əliyevin namizədliyinə münasibət öyrənib.

 

Keçmiş deputat, professor Şahlar Əsgərov Yeni Azərbaycan Partiyasının üzvü olsa da, Etibar Əliyevin bitərəf namizəd kimi seçkidə qalib gəlməsini istədiyini deyib:

“Etibar mənim tələbəm olub. O, qeyri-standart düşüncəli bir alimdir, kitabı sevən adamdır. Mən Azərbaycanda kitaba məhəbbətdə Etibardan qabaqda duran adam tanımıram. Kitab yığan adamdır, böyük kitabxanası var. Öz işığını, ziyasını paylaşan adamdır. Bitərəfdir, amma mən Yeni Azərbaycan Partiyası üzvü olsam da, bitərəf  kimi parlamentə seçilməsini ürəkdən arzu edirəm”.

 

Gənc alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri İlqar Orucov isə bildirib ki, o, təkcə öz dairəsi üçün deyil, Azərbaycan üçün layiqli namizəddir:

“Etibar Əliyev ölkədə çox azsaylı təhsil ekspertlərindən, təhsili bilən insanlardan biridir. Eyni zamanda Etibar müəllimlə uzun illərin dostu kimi onu vicdanlı, dürüst, vətənpərvər, dövlətini sevən bir insan kimi tanıyıram. O, hər zaman təhsilin təəssübkeşi olub, ölkədə oxu mədəniyyətini aşılayan ziyalı olaraq seçilib. Etibar Əliyev kimi insanların parlamentdə təmsil olunması, seçicilərin ona etimad göstərməsi çox uğurlu bir seçim olardı. Etibar Əliyev parlamentə seçilsə, təkcə 31 saylı Suraxanı ikinci seçki dairəsinin deyil, bütövlükdə Azərbaycan xalqının qazanacağı millət vəkili olacaq. Bu baxımdan da mən Eibar müəllimin deputat seçilməsini çox arzu edirəm. Ən əvvəl bir ziyalı olaraq arzu edirəm. “Akademiya” kitab mərkəzinin bağlanması ilə bağlı narahatlıqlar zamanı Etibar Əliyev vətənpərvər və milli ziyalı olaraq öz mövqeyini ortaya qoyduğu üçün ona dost, ziyalı kimi mövqeyim formalaşdı. Fikirləşirəm ki, bunu hər kəs etməzdi. O zaman onun bu məsələdə heç bir şəxsi marağı yox idi. Marağı onda idi ki, ölkədə kitab mağazalarının sayı artmalıdır. Kitaba, kitab mağazalarına qarşı maraq oyanmalıdır. Bu baxımdan hətta o, çəkinmədən bu istiqamətdə hər zaman sözünü demiş, təhsillə bağlı aktual məsələləri hər zaman gündəmə gətirmiş bir insdandır. Təhsili bilən insanların parlamentdə olması, əlbəttə ki, parlamentə uğurlu olacaq. Əminəm ki, Suraxanının Etibar Əliyevi seçmək imkanı olan insanları bu fürsəti əldən verməyəcək”.  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər