Modern.az

AŞPA-Azərbaycan münasibətləri: qərəzli məruzələr, ikili standartlar, işğalçıya “yaşıl işıq”...

AŞPA-Azərbaycan münasibətləri: qərəzli məruzələr, ikili standartlar, işğalçıya “yaşıl işıq”...

Parlament

7 Fevral 2020, 15:30

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Avropa Şurasının(AŞ PA) Azərbaycana qarşı olan qərəzli münasibətinə toxunub.

 

Prezident AŞ PA-ya inamın itdiyini və təşkilatda ikili standartların hakim olduğunu deyib.

“Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. AŞPA dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır”. 

 

2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan AŞPA arasında münasibətlər heç də həmişə hamar olmayıb. 2013-cü ilin yanvarında Şurada almaniyalı deputat Fridrix Ştrasserin müəllidi olduğu və Azərbaycanda siyasi məhbusların olduğunu iddia edən məruzə qəbul olunmamışdı. Buna baxmayaraq, 2020-ci ilin yanvarında islandiyalı deputat Torhildur Sunnanın eyni mövzuda müəllifi olduğu hesabat müzakirəyə çıxarıldı. Türkiyə və Rusiya nümayəndə heyətləri də daxil olmaqla, 28 AŞPA deputatı məruzəyə qarşı Azərbaycana dəstək durdu.

 

Maraqlıdır, Avropa Şurası Azərbaycana qarşı niyə sərt mövqe sərgiləyir? AŞPA Ermənistandakı durumu niyə gözardı edərək rəsmi Bakıya qarşı ikili standartlar tətbiq edir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AŞPA-nın Azərbaycana qarşı etinasız münasibətini şərh edib:

“Azərbaycan-Ermənistan konflikt məsələsində biz Avropa Şurasının ikili standartarını görürük. Gəlin baxaq, Avropa Şurasında Ukrayna, Gürcüstanın mövqeləri hansı, Azərbaycanın mövqeləri hansı şəkildə formalaşır. Eyni zamanda müqayisədə götürsək, Ermənistanın Azərbaycana qarşı yürütdüyü hərbi işğal, etnik təmizləmələr lazımi səviyyədə Avropa Şurasında öz tənqidini tapmır. 800 mindən çox etnik təmizləməyə məruz qalan insan var ki, Avropa Şurası buna heç bir cavab vermir, Ermənistana qarşı sanksiya tətbiq etmir”.

 

T.Zülfüqarov Azərbaycanın Avropa Şurasından çıxmamalı olduğunu, əksinə bu təşkilatdan xeyrimizə istifadə etməli olduğumuzu deyir:

“Azərbaycan imkan verməməlidir ki, Ermənistan Avropa Şurasında öz mövqeyini sərgiləyərək, rəy formalaşdırsın. Biz tribunanı istifadə edərək Ermənistanın işğalçı siyasətini ifşa etməliyik. Şura üzvlərindən kimsə bu işğalçı rejimi görmür ya da ki, görmək istəmir. Bəlkə də ona görə Avropa Şurası Azərbaycanın üzərinə bu qədər gedir. Azərbaycanın öhdəliyi isə bütün üzv ölkələrə reallığı çatdırmaq ikili standarlara qarşı çıxmaqdır. İslamfobiyaya qarşı olan siyasəti görməli ona uyğun hərəkət etməliyik”.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir