Modern.az

MSK-ya 47 şikayət daxil olub 

MSK-ya 47 şikayət daxil olub 

7 Fevral 2020, 17:18

Seçki prosesi başlayandan indiyə qədər Mərkəzi Seçki Komissiyası (MSK) 47 şikayətə baxıb.

 

Modern.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.  M. Pənahov həmçinin qeyd edib ki Komissiyaya ümumilikdə 54 şikayət daxil olub:

 

“Daxil olan şikayətlərdən 47-nə baxılıb, qalan 7 şikayət isə eyni məzmunlu olduğundan onlara baxılmayıb”.

 

M.Pənahov onu da vurğulayıb ki, seçkilərdə heç kimin hüququnun pozulmasından söhbət gedə bilməz:

 

“Bütün seçki subyektlərinin hüquqlarını qorumaq MSK-nın borcudur. Bütün xoşagəlməz hallarla bağlı hər kəs MSK-ya müraciət edə bilər. MSK-ya hər hansı müraciət daxil olsa, biz oraya gedəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi