Modern.az

Təbliğat lövhələri yığışdırılsın: MSK-dan göstəriş

Təbliğat lövhələri yığışdırılsın: MSK-dan göstəriş

Aktual

7 Fevral 2020, 17:25

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təşviqat prosesi ilə bağlı tapşırıq verib.

 

Modern.az-ın məlumatına görə, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, namizədlərin təşviqat materiallarını fevralın 8-i saat 08:00-dan tez olmayaraq müvafiq lövhələrdən yığışdırmaq olmaz.

 

Qeyd edək ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.

 

Sabah isə "sükut günü"dür.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır