Modern.az

Oqtay Əsədov: “Xocalı soyqırımını törədənlər faşistdirlər”

Oqtay Əsədov: “Xocalı soyqırımını törədənlər faşistdirlər”

6 Aprel 2012, 13:00

Spiker ermənilərin Avronest-dəki hərəkətlərinə münasibət bildirib

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən spiker Oqtay Əsədov Avronest PA-nın Bakıda keçirilən ikinci sessiyasında erməni nümayəndələrinin səsləndirdiyi əsassız iradlara münasibət bildirib. O.Əsədov öncə tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək Avronest rəhbərliyinə təşəkkürünü bildirib.

Spiker Avronest-in sessiyasından sonra erməni mediasında Azərbaycan prezidenti ilə bağlı gedən yazılara münasibət bildirib:

“Erməni mediasında yayılıb ki, Azərbaycan prezidenti guya erməni xalqını faşist adlandırıb. Biz heç bir xalqa faşist deməmişik. Amma Xocalı faciəsini törədənlər kim olursa olsun, faşistlərdir”-deyə parlament sədri qeyd edib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir