Arxiv
9 Fevral 2020, 14:21 | MÜSAHİBƏ
Brazilya Federal Senatının vitse-prezidenti: “Seçkilərdə hər şeyin yaxşı gedəcəyini görmək üçün Azərbaycandayam” - MÜSAHİBƏ

Brazilya  Federal Senatının vitse-prezidenti, brazilyalı  senator  Antonio Anastasia Modern.az saytına müsahibə verib.

 

Brazilya Federal Senatının vitse-prezidenti: Azərbaycanın siyasi həyatında baş verən belə bir həlledici məqamda Azərbaycanın yanında olmaqdan və burada keçirilən seçkiləri müşahidə etməkdən çox şadam.

 

- Cənab Antonio Anastasia, öncə sizin Azərbaycana dair fikirlərinizi öyrənmək istərdik.

Mən də öncə müsahibə üçün sizə təşəkkürümü bildirirəm. Sizlərə müsahibə verərək, fikirlərimizi bölüşməkdən çox məmmunam. Qeyd edim ki, bu Azərbaycana ilk səfərimdir. Burada gördüklərim mənə çox müsbət təsir bağışladı. Azərbaycan inkişaf etməkdə olan bir ölkədir. Paytaxt Bakı çox gözəl təmiz və heyran edici bir şəhərdir.

 

- Bu gün, 9 Fevral 2020-ci il Azərbaycanda parlament seçkiləri keçirilir. Bununla bağlı nə kimi fikirləriniz var?

- Qeyd edim ki,  Azərbaycanın siyasi həyatında baş verən belə bir həlledici məqamda Azərbaycanın yanında olmaqdan və burada keçirilən seçkiləri müşahidə etməkdən çox şadam. Çünkü seçki demokratiyanın gücünü göstərən əsas amildir. Təbii ki, seçkilərin çox yaxşı keçməsinə imkan olduğu zaman bu mümkün olur. Azərbaycan bizim üçün və dünya üçün çox maraqlı bir ölkədir. Seçki zamanı hər şeyin yaxşı gedəcəyini görmək ümüdüylə Azərbaycana gəlmişəm.

 

- Azərbaycanda keçirilən 9 Fevral 2020 parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana təşrif buyurduğunuzu vurğuladınız. Müşahidəçi qismində yalnız paytaxt Bakıda keçirilən seçkilərdə iştirak edəcəksiniz, yoxsa bölgələrimizdə də olacaqsınız?

- Müşahidəçi qismində yalnız paytaxt Bakıda keçirilən seçkilərdə iştirak edəcəyəm.

 

- Bu müddət ərzində Azərbaycanın rəsmi dövlət və hökümət nümayəndələri ilə görüşləriniz olub?

- Təbii ki olub. Mən Braziliyanın Azərbaycandakı səfiri və braziliyalı millət vəkili, Brazilya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun prezidenti- Klaudio Kajado ilə birlikdə bir neçə görüşlər keçirmişəm. Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov ilə görüşümüz oldu.

 

Brazilya Senatına keçirilən seçkilər, Senatın və Parlamentin işi barəsində də, sizdən  məlumat almaq maraqlı olardı.

- Bildiyiniz kimi Braziliyanın dövlət quruluşu forması Federasiyadır. Məhz buna görə də, bizim parlamentin qurluş forması və işi sizin parlamentindən əsaslı surətdə fərqlənir.Azərbaycan Parlamentinə seçkilər yalnız majoritar qaydada keçirilir. Braziliya Parlamentinə  seçkilər isə həm majoritar, həm də proporsional qaydada keçirilməkdədir. Belə ki, bizim ölkəmizdə senatorların seçimi majoritar, deputatların seçimi isə proporsional seçki xətti üzrə aparılır. Bizim parlamentimizdə iki məclis palatası və bir senat var. Bəs, bunlar arasındakı fərq nədən ibarətdir? Təbii ki, fərq qurluş kompozisiyasının növündədir.Bu sektorlarda tərkib üzvlər və qanunvericilik biri-birindən fərqlənir. Əlbəttə ki, bizdə xarici əlaqələrin qurulması baxımından senat daha böyük məsuliyyət daşıyır. Senatın icra etdiyi əsas funksiya Brazilyanın xarici ölkələrdəki səfirlərinin təsdiqlənməsi funksiyasıdır. Həmçinin senatımızın icra etdiyi tarixi funksiyalardan biri də, senatın ənənəvi şöbə üzvlərinin təsdiqlənməsi məsələsidir.

Sonda Azərbaycan xalqına  tərəqqi, inkişaf və azadlığını daima qorumağı arzu edirəm. Azərbaycanın çox yaxşı inkişaf konsepsiyası var və  inkişafı üçün burada yaradılan bütün imkanları görməkdən çox məmmunam. Bütün Azərbaycan xalqına xoşbəxtlik və parlaq gələcək diləyirəm.

 

Leyla ŞAH

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün “Qarabağ”ın pley-offdakı rəqibi bəlli olacaq 24 Sentyabr 2020, 09:44 Çempionlar Liqasında “pley-off”un ilk oyunları yekunlaşdı - NƏTİCƏLƏR 24 Sentyabr 2020, 09:40 Dollar günə bu qiymətlə başladı 24 Sentyabr 2020, 09:34 Gücümüz birlikdədir! 24 Sentyabr 2020, 09:28 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI 24 Sentyabr 2020, 09:22 Bu gün Vurğun Əyyubun ANIM GÜNÜDÜR 24 Sentyabr 2020, 09:16 Ali məktəblərədə boş qalan yerlərə ixtisas seçimi bu tarixlərdə aparılacaq 24 Sentyabr 2020, 09:10 DİM-dən tələbə adı qazananlara XƏBƏRDARLIQ: “Vaxtında qeydiyyatdan keçməsəniz...” 24 Sentyabr 2020, 09:04 Ceyhun Bayramov Gürcüstana gedti 24 Sentyabr 2020, 08:58 Ali məktəblərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı - YENİLƏNİB 24 Sentyabr 2020, 02:20 Savaş qoxusu 24 Sentyabr 2020, 00:57 ABŞ Lukaşenkonu prezidenti kimi tanımır 24 Sentyabr 2020, 00:53 Azərbaycana bu ölkədən dərman idxalı azalıb 24 Sentyabr 2020, 00:34 Bakıda kütləvi dava 24 Sentyabr 2020, 00:17 Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO 24 Sentyabr 2020, 00:01 Qəza törədən azərbaycanlı repçi həbs olundu 23 Sentyabr 2020, 23:44 Çernobılda 100 ildən sonra ayılar göründü 23 Sentyabr 2020, 23:19 Bərdədə 28 yaşlı qadın kista əməliyyatında öldü 23 Sentyabr 2020, 23:09 Nazirlik 225 sahibkarlıq subyektində pozuntular aşkarladı 23 Sentyabr 2020, 22:52 Ərdoğan NATO ilə  müzakirələr aparır 23 Sentyabr 2020, 22:35 Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı 23 Sentyabr 2020, 22:21 Rusiyada deputat koronavirusdan öldü 23 Sentyabr 2020, 22:08 Hindistanda koronavirusdan ölənlərin sayı 90 mini ötdü 23 Sentyabr 2020, 21:57 “Dərs vaxtı”nın sabaha olan cədvəli - FOTO 23 Sentyabr 2020, 21:40 İcra başçısının müavini işdən çıxarıldı 23 Sentyabr 2020, 21:26 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 23 Sentyabr 2020, 21:15 Türkiyədə daha 72 nəfər koronavirusdan öldü 23 Sentyabr 2020, 20:59 ABŞ-dan neft ehtiyatları barədə açıqlama 23 Sentyabr 2020, 20:45 “Ordu quruculuğunun gücləndirilməsi üçün büdcədə ciddi artım nəzərdə tutulub” - Əli Əsədov 23 Sentyabr 2020, 20:31 Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib 23 Sentyabr 2020, 20:23 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiya 23 Sentyabr 2020, 20:12 “Büdcə təşkilatlarında izafi xərclərə yol verilir” - Baş Nazir 23 Sentyabr 2020, 20:01 Nazirlər Kabineti büdcə məsələlərini müzakirə etdi – QƏRAR VERDİ 23 Sentyabr 2020, 19:52 Naxçıvanda hərbi kurslar başa çatdı 23 Sentyabr 2020, 19:38 Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradıldı 23 Sentyabr 2020, 19:28