Modern.az

Suriyada 5 türk əsgəri şəhid oldu

Suriyada 5 türk əsgəri şəhid oldu

10 Fevral 2020, 17:20

Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid olub, 5 nəfər isə yaralanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı Milli Müdafiə Nazirliyinin Mətbuat xidməti açıqlama verib:

 

“İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb”. 

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?