Modern.az

Dəniz Baykal: ”AKP daha hakimiyyətdə qala bilməz”

Dəniz Baykal: ”AKP daha hakimiyyətdə qala bilməz”

4 Yanvar 2010, 23:32

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal növbədənkənar seçkilərin keçirilməsini labüd hesab edir. Modern.az-ın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, öncəki açıqlamalarında hökumətin 2011-ci ilin aprel və ya may ayından öncə seçkilərə ciddi yanaşmadığını və “AKP, 2010-da seçkilərə gedərsə, öz ipini çəkmiş olacaq” fikrini dilə gətirən Baykal artıq növbədənkənar seçkilərin qaçılmazlığından bəhs edir.
D.Baykal  seçkiləri zəruri edən faktorlar kimi ölkəni bürümüş siyasi sarsıntılar və sosial fəlakətlərdən danışıb. Tekel işçilərinin tətilinə, İstanbulda dəmiryolçuların etiraz aksiyalarına toxunan Baykal sadə əməkçidən tutmuş məmura qədər hər kəsin sosial sıxıntı içində yaşadığını diqqətə çatdırıb. Ölkəni bürümüş işsizlikdən danışan Baykala görə, bütün bunlar sosial partlayışın əlamətləridir.
Türkiyə Silahlı Qüvvələrinin (TSK) şübhələr hədəfinə çeviliməsindən bəhs edən Baykal hesab edir ki, TSK tezliklə bu şübhələrdən qurtarmalıdır. Baykala görə hökumət və TSK arasında bir toqquşma var. Onun qənaətinə görə, qurumlar arasında birlik olsaydı, bu cür olaylar baş verməzdi. Bu proseslər çox təhlükəlidir və ölkənin maraqlarına xidmət etmir. ”Əgər AKP hüquqa hörmət etsəydi, hüquq prosedurlarına əməl etsəydi, Türkiyədə baş verən bu qarmaqarışqlıq yaşanmazdı. Hüquqa hörmət yoxdur. Hüquq doğru-dürüst tətbiq olunmur. AKP açılım politikası deyə yola çıxdı, yanlış politikalarla ölkəni bölünmə həddinə gətirdi”-deyə CXP lideri bildirib.  
D.Baykal qeyd edib ki, AKP-nin öndə gələn siyasətçiləri hətta Ana Yasadan “Türk Milləti” məvhumunun çıxarılmasını belə tələffüs etməyə başlayıb. Baykala görə, bütün bunlar çox təhləkəli proseslərə işarədir.
“2010-cu ildə artıq yeni bir anlayışın, hüquqa sayğılı, demokratiyaya sayğılı yeni bir yönətimin gəlməsinə ehtiyac, bir yeniləşməyə ehtiyac var. Ümid edirik ki, 2010-cu il bu yeniləşməyə fürsət verən bir il olacaq. AKP daha hakimiyyətdə qala bilməz, seçimə getmək zorundadır.  Türkiyə bu xaosdan ancaq yeni bir hakimiyyətlə, yeni bir anlayışla və yeni bir politika ilə çıxa bilər”-deyə Baykal bildirib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu