Modern.az

Prezidentin Çexiya səfəri başa çatdı

Prezidentin Çexiya səfəri başa çatdı

6 Aprel 2012, 19:09

Prezidenti İlham Əliyevin Çexiya Respublikasına dövlət  səfəri başa çatıb.Modern.az Prezidentin rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın “Stara Ruzine” Hökumət Hava Limanında dövlətn başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezidenti İlham Əliyevi Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Dövlət başçısını  Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.   Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi