Modern.az

Deputatdan maraqlı təkliflər...

Deputatdan maraqlı təkliflər...

Aktual

6 Aprel 2012, 19:46

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mədəniyyət haqqında qanunun”un yeni layihəsinin müzakirəsi zamanı Mədəniyyət Komitəsinin üzvü Leyla Abdullayeva maraqlı təklifərlə çıxış edib. Millət vəkili SSRİ dövründə çox populyar olan özfəaliyyət və mədəni-maarif fəaliyyətinin yenidən canlandırılması üçün bələdiyyələrə müvafiq səlahiyyətlərin verilməsini təklif edib. Bir çox görkəmli azərbaycanlı mədəniyyət və incəsənət xadiminin yüksəlişi üçün trampilin rolunu oynayan özfəaliyyətin yaşaması və dirçəlməsinin vacib olduğunu bildirən Leyla Abdullayeva mətbəx mədəniyyətimizlə bağlı da öz fikirlərini bildirib. Onun fikrincə Azərbaycanın mətbəx mədəniyyəti milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir.
””Mədəniyyət haqqında” qanunda mütləq mətbəx mədəniyyətinə aid müddəalar da öz əksini tapmalıdır. Müvafiq nazirlik tərəfindən mətbəx nümunələrinin Vahid siyahısı hazırlanmalı və mətbəximizin nümunə və reseptləri orada qeydiyyata alınmalıdır. Bəzi ölkələrdə bu presedent artıq mövcuddur”-deyə deputat vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir