Modern.az

Ermənistan sürətlə əhalisini itirir – Demoqrafik böhranın DƏHŞƏTLİ MİQYASI           

Ermənistan sürətlə əhalisini itirir – Demoqrafik böhranın DƏHŞƏTLİ MİQYASI            

Dünya

12 Fevral 2020, 10:17

Ermənistan höküməti əhalinin artması istiqamətində ciddi addımlar atmağa başlayıb. Bununla bağlı, islahatlar qüvvəyə minsə də, ölkədə əhalinin sayında getdikcə azalma müşahidə olunur. 2019-cu ilin yanvar ayının statistik göstəricilərində aydın olur ki, 1990-cı ildən bəri bu ölkədə daimi yaşayan əhalinin sayı 2,962 milyon nəfər olub.

 

Modern.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu ilin avqustunda Qarabağın paytaxtı Stepanakertdə Pan Erməni (Hamahaygagan) oyunlarının açılışı zamanı, Ermənistanın 2050-ci ilə qədərki inkişafı ilə bağlı strateji hədəflərini açıqlayıb.

 

Baş nazir çıxışı zamanı Ermənistanda əhalinin sayında artımların olduğunu da söyləyib:

 

“Ölkədə əhalinin sayı ən azı 5 milyon olmalıdır. Yarım milyona yaxın yeni iş yeri açmağı və iki milyona yaxın insanı işlə təmin etməyi planlaşdırırıq. Yoxsulluğun azaldılması bizim əsas prioritet məqsədlərimizdən biridir ”.

 

Eyni zamanda Nikol Paşinyan Ermənistanın güclü sənaye ölkəsinə çevriləcəyini və Ümumi Daxili Məhsulun 15 dəfə artacağını da vurğulayıb.

SSRİ- dağılmamışdan qabaq 3,5 milyon əhalisi olan Ermənistanda, əhalinin sayında azalmanı müşahidə edən Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) bu istiqamətdə müəyyən araşdırmalar aparıb.

 

UNFPA-nın Ermənistandakı nümayəndəsinin müavini Tsovinar Arutunyan “Civil Net”-ə verdiyi müsahibədə Ermənistanda demoqrafik çətinliklərinin aradan qaldırılması istiqamətində müəyyən irəliləyişlərin olmasından söz açıb:

 

UNFPA-nın nümayəndəsi bildirib ki,“Birləşmiş Millətlər Təşkilatı Katibliyinin İqtisadi və Sosial Məsələlər Bürosunun (UN DESA) Əhali bölgüsü BMT-nin əhali layihələrinin iki illik qlobal qiymətləndirməsini təmin edib.Təşkilat eyni zamanda keçmiş tendensiyalara, yəni miqrasiya, doğuşlar, ölümlərə dair əsas demoqrafik göstəricilər əsasında proqramlar hazırlayır”.

 

Bu konteksdən çıxış edən Arutunyan, Baş nazirin 2050-ci ilə qədər Ermənistan əhalisinin 5 milyona çatacağı məsələsinə də münasibət bildirib:

“Hesab edirəm ki, Paşinyan keçmişin meyllərinə deyil, gələcəyin görüntüsünə söykənərək bu cür proqnoz söyləyib”.

 

Arutunyan BMT-nin proqnozlarını rəqəmlərlə müqayisə etməyin düzgün olmadığını da qeyd edib:

“Həmçinin yayılan məlumatların əksinə olaraq, əhalinin necə artırılması,və hər bir ailəyə öz hüquqlarını hərtərəfli bilmələri üçün bu cür siyasəti fasiləsiz olaraq həyata keçirəcəklərini bildirib.

Düşünürük ki, bu siyasətlərin köməyi ilə cütlüklərin dolanışığı, sağlamlığı, təhsili ən yüksək nöqtəyə gələcək. Ən azında valideynlər övladlarının sosial, mədəni və siyasi mühitdə yaşaya biləcəyinə əmin olacaqlar”.

 

Uşaqlara yardım artıb...

 

Ermənistan hökuməti bu ilin ilk 6 ayında ailədə doğulan birinci və ikinci uşaqlara verilən sosial müavinətləri artırıb. Birinci uşağın dünyaya gəlməsinə görə, əvvəl 100 dollar verilirdisə, indi birdəfəlik yardım kimi 630 dollar, ikinci uşaq üçün 300 dollar məbləğində verilən yardım isə 630 dollara kimi qaldırılıb. Üç və daha artıq doğulan uşaqlar üçün isə 3200 dollar məbləğində yardımların verilməsinə başlanılıb.

 

Arutunyanın fikrincə, bu addımlar olduqca müsbət bir xarakter daşıyır.

“Məqsədimiz odur ki, Ermənistan vətəndaşları özlərini firəvanlıq və iqtisadi təhlükəsizlik içində hiss etsinlər. Əmin olsunlar ki, bu cür siyasətlər davamlı olacaq. Bununla birlikdə, o, demoqrafik meyillərdəki dəyişikliklərin çox uzun çəkdiyini və bu cür siyasətlərin çox baha başa gəldiyini və aylıq uşaq pulu müavinətlərinin verilməsi, iş vaxtının düzgün bölünməsi, eyni zamanda uşaq müəssisələrində (körpələr evi)  körpələrin rahat bir şəklidə böyüməsinə müsbət təsir göstərəciyini də qeyd edib”.

 

Arutunyan bu məsələlərdə Ermənistan dövləti ilə sıx əməkdaşlıq edən və hökumət tərəfdaşlarının ölkədəki demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün atılan addımların əhəmiyyətinin əsas olduğunu söyləyib.

Hətta bildirib ki, 2019-cu ildə Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün baş nazir Paşinyan tərəfindən xüsusi şura qurulub.

 

Cənubi Qafqazda doğum göstəricisi ən çox Azərbaycandadır

 

Bütün bu siyasətlərin həyata keçirilməsindən əlavə, bölgədəki doğum nisbətlərini xatırlamaq faydalıdır.

Ermənistanda doğum nisbəti ən aşağı 1,57 olaraq qalsa da, qonşu Gürcüstan və Azərbaycanda bu göstərici müvafiq olaraq 1.76 və 2.1 səviyyəsindədir. Bir cəmiyyətin normal doğuş nisbəti 2.1 ətrafında qəbul olunub.

Digər tərəfdən, dövlət öz əhalisini itirməmək üçün doğuşların sayını artırmalıdır. Qısacası, bəzən bir ölkənin ümumi doğuş səviyyəsi 2,1-ni keçə bilər, ancaq bu o demək deyil ki, əhalinin sayında azalma müşahidə olunmayacaq.Yəni əhalinin sayında azalma halları hələ də baş verir.

 

Sovet İttifaqının dağılmasından bir qədər əvvəl Ermənistandakı demoqrafik göstəricilərdəki vəziyyətə yenidən baxsaq, nisbətən müsbət mənzərə görülür. Ermənistanda əhalinin sayı 3,5 milyon, illik doğuşların sayı 80 min, doğuş nisbəti isə 2,62 idi.

 

Əsas amil immiqrasiyadır...

 

Tsovinar Arutunyan onu da xatırladıb ki, Ermənistanda əhalinin azalmasında əsas amil miqrasiyadır.

1990-cı illərin əvvəllərindən bir milyondan çox insan Ermənistanı tərk edib. Buna baxmayaraq, eyni dövrdə azalmış, lakin müsbət təbii artım əldə edilib. Lakin işlər 2017-ci ildən sonra dəyişməyə başladı.

Nümayəndənin sözlərinə görə, ölkədə işsizlik səviyyəsinin yüksək olması və iş yerlərinin kifayət qədər olmaması miqrasiyanın əsas səbəblərindən biri kimi götürülür.

 

Bununla yanaşı, Arutunyan iş axtaran gənclərin, xüsusilə də  yeni məzun olanların rastlaşdıqları problemlərdən də söz açıb:

“2009-cu ildə UNFPA Ermənistanda keçirilmiş bir sorğuda respondentlərin təxminən 44% -i Ermənistanda övladlarının gələcəyini görmədiklərini söyləyib. Bu narahat rəqəmin arxasında ədalətin olmaması, qanunun aliliyinin özünü  göstərə bilməməsi, şəxsin özü və övladları üçün narahatlığı psixi-sosial səbəblər də var idi. Bu gün Ermənistanda bu səbəblərin heç olmasa bir neçəsinin aradan qaldırılacağına ümid var. Psixoloji atmosferin, qanunun aliliyinin və iqtisadi amillərin dəyişməsi bu sahədə müsbət dəyişikliyə səbəb ola bilər.

 

Hər halda, bu boşluğun və mənfi gedişatın əsas səbəbi kimi immiqrasiyaya işarə edən Arutunyan, immiqrantların cinsi tərkibinin də diqqətəlayiq olduğunu, immiqrantlar arasında kişilərin 82,1% və qadınların 17,9% -nin təmsil olunduğunu söyləyib.

Bunu selektiv abortla bağlı olduğunu, izah edən nümayəndə rəsmisi erməni qadınların xarici vətəndaşlarla ailə qurmalarını və tək analıq məsələsini də diqqətə alınması məsələsinin vacib olduğunu qeyd edib.  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü