Modern.az

Qəbələdə qar uçqununda ölən 3 nəfərin cəsədi tapıldı

Qəbələdə qar uçqununda ölən 3 nəfərin cəsədi tapıldı

7 Aprel 2012, 10:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Qəbələdə qar uçquqnu altında qalan 3 nəfərin cəsədlərini tapıb. Modern.az saytı xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Nazirlikdən deyilib ki, “112” qaynar telefon xəttinə 04 aprel 2012-ci il tarixində, günün ikinci yarısında daxil olan  məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakini- 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu 30 mart 2012-ci il tarixində ov etmək məqsədilə dağa getmiş və geri qayıtmayıb. Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunubar.

Aparılan  əməliyyat xilasetmə işləri nəticəsində 07 aprel 2012-ci il tarixində itgin düşmüş şəxslərin cəsədləri səhər saat 09:30 radələrində Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.  

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir