Modern.az

Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsilə 2 nəfər müalicə alır - RƏSMİ

Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsilə 2 nəfər müalicə alır - RƏSMİ

14 Fevral 2020, 09:35

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində müalicə alan xəstələrlə bağlı açıqlama yayıb.

 

Qurumların mətbuat xidmətindən Modern.az-a daxil olan birgə məlumata görə, fevralın 14-ü üçün Yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var:

 

“Bunalrdan biri Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı, digəri 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. İkinci şəxs Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tibilisiyə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Bu gün saat 07:15 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir”.

 

“Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları bu gün evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir”, - deyə rəsmi məlumatda deyilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır