Modern.az

Badamdarda növbəti torpaq SÜRÜŞMƏSİ

Badamdarda növbəti torpaq SÜRÜŞMƏSİ

14 Fevral 2020, 13:20

Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Səbail rayonu, Badamdar şossesinin ətrafındakı yamacda qeydə alınıb.

 

Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını yenidən aktivləşib. Torpaq axını bu gün səhər saatlarında yağışdan sonra başlayıb.

 

Aidiyyəti qurum əməkdaşları hadisə yerinə yollanıb (trend).

 

Xatırladaq ki, ərazidə son bir neçə ay ərzində artıq 3-cü dəfədir ki, sürüşmə olur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir