Modern.az

Məzahir Pənahov: “Bəzi namizədlər MSK-nın şöbə müdirini içəri buraxmayıblar”

Məzahir Pənahov: “Bəzi namizədlər MSK-nın şöbə müdirini içəri buraxmayıblar”

15 Fevral 2020, 14:24

"Ola bilər ki, hansısa məqsəd üçün provakasiya xarakterli addımlar atsınlar”.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar bəzi namizədlərin etirazlarına münasibət bildirərkən deyib.

 

O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya etməsi normaldır. “Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun bunu edirsə, qanun pozuntusudur”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...