Modern.az

Lənkəranda iş qəzası: 62 yaşlı usta yıxılaraq dünyasını dəyişib

Lənkəranda iş qəzası: 62 yaşlı usta yıxılaraq dünyasını dəyişib

Hadisə

16 Fevral 2020, 12:35

Lənkəranda ölüm hadisəsi baş verib. 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib.

 

Modern.az-ın verdiyi məlumata görə, dünən axşam saatlarında Lənkəran şəhər sakini, Z.Əliyeva küçəsi 33 ünvanında yaşayan, qaynaqçı, 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən  3-4 metr hündürlükdən yıxılıb. Nəticədə o, başından xəsarət alıb. 

 

N.Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?