Səbail Rayon Polis İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Modern.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən - 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq,285 qram kustar üsülla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram kustar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.