Fevral ayında ümumi olaraq dəm qazı zəhərlənməsilə bağlı 248 müraciət olub.
Bunu Modern.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.
O, qeyd edib ki, müraciətlərdən 200-ü məsləhət xarakterli olub:
“48 nəfər xəstəxanaya yerləşdirilib. Dəm qazı zəhərlənməsilə xəstəxanaya yerləşdirilənlərdən 8 nəfəri uşaq olub”.
Baş toksikoloq deyib ki, fevral ayında 1 nəfər qadın dəm qazı zəhərlənməsindən dünyasını dəyişib:
“Çox kəskin, ağır vəziyyətdə gətirilib, yarım saatın içərisində dünyasını dəyişib. Elə bir vəziyyətdə idi ki, müdaxilə etmək mümkün olmadı”.