Modern.az

Alarkən fərqinə varılmayan üstü söyüş yazılı GEYİMLƏR

Alarkən fərqinə varılmayan üstü söyüş yazılı GEYİMLƏR

Aktual

17 Fevral 2020, 15:33

Ölkədə istifadə olunan geyimlərin əksəriyyəti xaricdə istehsal olunduğuna görə, geyimin üstündə yazılan yazılar da xarici dildə olur. Elə əsl problem də buradan başlayır. Bəzən elə olur ki, istifadəçi aldığı paltarın üzərindəki yazıya fikir vermir. Yaxud da dil biliyi zəif olduğundan düzgün tərcümə edə bilmir. Hətta bəzi hallarda paltarların üzərində xarici dildə söyüş, təhqiredici, erotik söz də olur. İstifadəçilər isə xarici dil bilmədiklərindən bu cür paltarları alıb geyinirlər. 

 

Təbii ki, hər bir şəxs xarici dil bilməyə məhkum deyil.

 

Belə olan halda istifadəçi neyləməlidir?

 

Məsələ ilə bağlı tanınmış stilist Pərviz Mirzəyev Modern.az-a danışıb:

 

“Əslində belə hallarla tez-tez qarşılaşıram. Stilist olaraq xanım və bəylərimizə məsləhətim odur ki, yaşlarına uyğun geyinsinlər. Ümumiyyətlə, xarici  dili bilmirlərsə, o cür yazılı paltarlar alıb geyinməsələr daha məqsədəuyğun olar. Çünki qıraqdan elə də xoş təssürat yaratmır. Xüsusilə də orta və yaşlı insanlar bu cür geyimlər geyinəndə istər-istəməz qarşı tərəfdə gülüş hissi yaradır. Məsləhət görərdim ki, daha çox diqqətli olsunlar. Əslində həmin istifadəçini qınamaq da düzgün bir hərəkət deyil. Çünki ola bilər ki, geyimi alarkən fərqinə varmayıblar. Geyim elə bir şeydir ki, burada seçim azaddır. Kim necə geyindi, yaraşdı- yaraşmadı, bu, insanın özünə aid olan bir şeydir. Ancaq zövqlü və dəbli geyimlər istər-istəməz insanı birbaşa olaraq digərlərindən fəqrləndirir”.

 

 

Pərviz Mirzəyev bu ilin dəbindən də söz açıb:

 

“Dünya brendlərinə nəzər salsaq, xüsusilə də podiyumlardan izləyəndə görürük ki, bu ilin dəbi 2010-cu ilin dəbinə uyğundur. Əsasən neon parlaq  rənglər daha çox dəbdədir. Yəni parlaq rəngli paltarlar daha çox üstünlük təşkil edir. Bunlara “metro dəb” deyirlər. Bu ilin də əsas dəbi parlaq və qarışıq rənglər olacaq. Buradan xanımlarımıza bildirmək istəyirəm ki, dəb o demək deyil ki, sizə yaraşandır. İnsan ilk öncə özünə yaraşanı geyinməlidir. Sonra dəblə uyğunlaşdıra bilər. Ola bilər ki, dəbli geyinsin, ancaq yaraşmırsa, onda orada dəbdən söhbət gedə bilməz. Fərqi yoxdur bu paltar ucuzdur, əsas odur ki, bədən ölçülərinizə uyğun gəlsin və yaraşsın”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar