Modern.az

Qazaxıstan Qarabağ münaqişəsinin həllinə çalışacaq

Qazaxıstan Qarabağ münaqişəsinin həllinə çalışacaq

Təhsil

5 Yanvar 2010, 13:12

Yanvarın 1-dən ATƏT-ə sədrlik missiyasını ələ alan Qazaxıstan quruma sədrliyi dövründə əsas fəaliyyət prioritetlərini açıqlayıb. Modern.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Xarici  İşlər Nazirliynin açıqlamasında bildirlir.  ATƏT-ə sədrliyi dövründə Qazaxıstan Ermənistan – Azərbaycan münaqişəsinin tezliklə həllinə, Əfqanıstanda sabitlik və sülhün bərqərar olmasına çalışacaq.  Qazaxıstan XİN-in məlumatına görə, əsasən müsəlman ölkəsi olan  Qazaxıstan qonşu Əfqanıstanda baş verən olaylara yüksək həssaslıqa yanaşır. Bu səbəbdən də Qazaxıstan Əfqanıstanda sülh və sabitliyin əldə olunmasında  mühüm rol oynayacaq.

 

Qazaxıstan Ermənistan – Azərbaycan münaqişəsinin diplomatik həllinə üstünlük verir. Hər iki ölkə ilə yaxşı əlaqələrin mövcud olduğunu bilidirən Qazaxıstan XİN-i qeyd edir ki, Astana Qarabağ münaqişəsinin həllində tərəfsizlik nümayiş etdirəcək.

 

Qazaxıstan postsovet məkanında ATƏT -ə sədrlik edən ilk ölkə kimi  Rusiya və Gürcüstan arasındakı problemləri çözmə potensialına sahib olduğunu da qeyd edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır