Modern.az

Azərbaycanda reklam əsəbləşdirir...

Azərbaycanda reklam əsəbləşdirir...

9 Aprel 2012, 14:17

Aprelin 9-da Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət  “OLAYLAR” İnformasiya Agentliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi il həyata keçiriyi “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi” layihəsinin təqdimatını keçirib.

Layihənin rəhbəri Elman Cəfərli problemin aktuallığından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, öllkə KİV-lərində böyük miqdarda reklamların görünməsindən təxminən 15 il ötsə də, bütün bu müddət ərzində reklamların vacibliyi, onların mənəvi aspektləri və qanunvericilik təminatı barədə mübahisələr səngimir: “Reklam əhalinin böyük bir hissəsini qıcıqlandırır və əsəbləşdirir, daha az adamlar onun köməyi ilə pul qazanır, kimlərsə onu öyrənməklə məşğul olur. Kimsə istəyir ki, onu tamamilə qadağan etsinlər, başqaları isə başa düşür ki, reklam KİV-lərin normal fəaliyyət göstərmələri üçün əsas gəlir mənbəyi kimi vacibdir”. Nəzər nöqtələrinin çox qütblü, müxtəlif olduğunu deyən layihə rəhbəri bildirib ki, bununla yanaşı KİV-lərdə reklamın verilməsi öyrənmə, tədqiqat və müvafiq qərar tələb edən mürəkkəb məsələdir. Bu baxımdan reklam fəaliyyətinin təsirinə daha çox məruz qalmış əhali qrupu kimi Bakı şəhər sakinlərinin KİV-lərdə reklamın verilməsi ilə bağlı nəzər nöqtələrinin öyrənilməsinə ehtiyac var.  

 E. Cəfərli deyib ki, layihənin əsas məqsədi ölkə vətəndaşlarının reklama olan münasibətləri ilə bağlı rəylərinin öyrənilməsindən ibarətdir.  Bu məqsədlə müxtəlif yaş qruplarından olan insanların reklama olan münasi­bətlə­ri­ni aşkarlamaq və müqayisə etmək, insanların reklama inanma dərəcələrinin müəyyən etmək, reklamın onların həyatında hansı rol oynadığını müəyyən etmək, reklamın dəyişdirilməsi, onun verilməsi üsulları və qanunvericiliyə dəyişikliklərin edilməsi barədə sakinlərin fikirlərinin öyrənilməsi vacibdir. Məlumat verilib ki, layihə Bakı və Muğan bölgələrini əhatə edəcək. ABUC sədrinin müavini Məlahət Xəlilova bildirib ki, layihə çərçivəsində Bakı şəhərində “Reklamın dəyişdirilməsi, onun verilməsi üsulları və qanunvericiliyə dəyişikliklərin edilməsi” mövzusunda dəyirmi masa təşkil ediləcək. Müxtəlif yaş qruplarından olan insanların reklama olan münasi­bətlə­rini  müəyyən etmək məqsədilə Bakı və Saatlı şəhərlərində rəy sorğusu keçiriləcək. Bundan başqa əldə olunmuş materiallar əsasında Saatlı şəhərində seminar təşkil olunacaq. Layihənin yekununda əldə olunmuş nəticələrlə bağlı tövsiyyələr hazırlanacaq və aidiyyati qurumlara göndəriləcək. Mövzu ilə əlaqədar layihənin icrasına cəlb edilmiş mətbuat orqanlarında təbliğat materialları yerləşdiriləcək. Qeyd olunub ki, layihənin həyata keçirilməsi nəticəsində ölkə vətəndaşlarının KİV-lərdə yerləşdirilən reklamlara olan münasibətləri barədə rəyləri öyrəniləcək, sakinlərin sorğu anketlərində olan rəyləri ümumiləşdirilərək ətraflı təhlil ediləcək. Layihənin əsas yekun sənədi kimi hazırlanacaq təkliflər və tövsiyyələr təklif və tövsiyyələr gələcəkdə ölkəmizin reklam bazarının hüquqi, normativ və elmi-metodik bazasının təkmilləşdirilməsində, reklam bazarı iştirakçılarının fəaliyyətlərinin daha da səmərəli təşkilində, inkişaf etdirilməsində sosialoji tədqiqat mahsulu – istiqamətverici sənəd kimi istifadə ediləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir