Modern.az

Azərbaycanda işsizlərin sayı açıqlandı

Azərbaycanda işsizlərin sayı açıqlandı

Aktual

18 Fevral 2020, 15:16

2020-ci il fevralın 1-i vəziyyətinə əsasən iqtisadi fəal əhalinin sayı 5188,9 min nəfər olub.

 

Dövlət Statitika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, onlardan 4937,3 min nəfərini məşğul əhali təşkil edib.

 

Rəsmi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,14%, məşğul əhalinin sayı isə 1,24% artıb.

2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat təşkil edib.

 

Cari il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1610,6 min nəfər çalışıb.

 

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!