Modern.az

Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

Goranboyda icra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

Aktual

18 Fevral 2020, 18:00

“Goranboy rayonunun 2019-cu ildə sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr barədə” rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın 18 fevral 2020-ci il tarixdə geniş iclası keçirilib.

 

Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, tədbirdə ilk olaraq Prezident İlham Əliyevin diqqət və qayğısı ilə, son 16 ildə rayonun inkişaf dinamikası və 2019-cu ildə rayonun sosial-iqtisadi həyatında baş verən yeniliklər barədə videorolik nümayiş etdirilib.

 

Sonra icra başçısı Məhərrəm Quliyev hesabat məruzəsi ilə çıxış edib, məruzə ətrafında geniş müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən ağsaqqallar, ziyalılar və iş adamları ölkə prezidentinin hər bir sahədə Goranboy rayonuna göstərdiyi diqqət və qayğını, bu istiqamətdə imzaladığı sərəncam və verdiyi göstərişləri yüksək qiymətləndiriblər. Hesabat iştirakçıları, ictimaiyyət nümayəndələri rayonda 2019-cu ildə sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilmiş işləri də  qənaətbəxş hesab ediblər.

 

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov iştirak edib və Prezident İlham Əliyevin rəhbərliyi altında hesabat dövrü ərzində ölkədə uğurla həyata keçirilmiş sosial-iqtisadi yeniliklər, beynəlxalq arenada qazanılmış böyük nailiyyətlər və dövlət başçısının siyasi iradəsi nəticəsində dövlətimizin strateji mövqeyinin gündən-günə güclənməsi barədə nitq söyləyib.

 

Tədbirin sonunda rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən bir qrup şəxslərə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı