Modern.az

QHT Şurası 10 QHT-nin şikayətini rədd edib

QHT Şurası 10 QHT-nin şikayətini rədd edib

9 Aprel 2012, 20:27

Aprelin 9–da Prezideni yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası oldu. Müstəqil ekspert Samir İsayevin sədrliyi ilə keçən iclasda 2012-ci il maliyyə müsabiqəsinin nəticələrilə razılaşmayan 10 QHT-nin şikayəti araşdırılıb.

Komissiya üzvləri - Şura üzvü Sahib Məmmədov, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, müstəqil ekspert Qiyas Məmmədov və Şuranın Katibliyinin hüquqşünası Vüsal Quliyev bu təşkilatların təqdim etdiyi layihələrlə əvvəlcədən tanış olduqlarını bildirib.     
Komissiyaya müraciət etmiş 10 təşkilatdan 7-si iclasa gəldiyi üçün yalnız onların şikayəti araşdırılıb. Bunlar aşağıdakılardı:
1. Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı
2. Kitab Yayımı İşinin İnkişafına Dəstək İctimai Birliyi

3. Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi   

4. Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyi
5. Azərbaycan Respublikası Əlillər Cəmiyyəti
6. Azərbaycan Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatı

7. Ahıl, Tənhavə Əlil İnsanlara Yardın İctimai Birliyi   
 

Müzakirələrdə komissiya üzvləri QHT rəhbərlərinə onların layihələrindəki qüsur və çatışmazlıqları göstərərək, hər bir şikayət üzrə ayrılıqda qərar qəbul ediblər.   Komissiya yuxarıdakı siyahıda adları çəkilən 7 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqda Şuranın əvvəlki qərarını qüvvədə saxlayıb. Bununla Apelyasiya komissiyası öz işini yekunlaşdırıb.

Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir