Modern.az

Agentlik sədri həkimləri İTTİHAM etdi - “Bəziləri düzgün diaqnoz qoya bilmir”

Agentlik sədri həkimləri İTTİHAM etdi - “Bəziləri düzgün diaqnoz qoya bilmir”

Ölkə

20 Fevral 2020, 11:38

"Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb"

 

Modern.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında deyib.

 

“Bir il ərzində səhiyyə sisteminin tam dəyişməsini gözləmək o qədər də məntiqi addım olmaz. Ancaq biz illər ərzində yeni bir sistemlə səhiyyə sahəsinin təkmilləşdirilməsinə çalışacağıq. Problemlərimiz var. Kəndlərdə yerləşən tibb məntəqələrinin vəziyyəti o qədər də yaxşı deyil. Həkim və avadanlıq çətinlikləri var. Bölgələrdə bəzən həkimlər düzgün diaqnozu təyin edə bilmir. Ancaq biz əlimizdən gələni edəcəyik ki, problemlər aradan qalxsın", - deyə Agentlik sədri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi