Modern.az

İsmayıl Ömərov: “Dünən gecədən telefonum susmur”

İsmayıl Ömərov: “Dünən gecədən telefonum susmur”

20 Fevral 2020, 13:19

Bu gün tanınmış telejurnalist, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olmuş İsmayıl Ömərovun 66 yaşı tamam olur.

 

Doğum günü münasibətlə Modern.az-a danışan İsmayıl Ömərov heç vaxt təmtəraqlı ad günləri keçirmədiyini deyib.

“Doğum günümü adi qaydada keçirirəm. Bu ənənə illərdir ki, davam edir. Ənənəni pozmaq istəmirəm”.

 

İsmayıl Ömərov dünəndən doğum günü təbrikləri aldığını qeyd edib:

“Dünən gecədən  telefonum susmur. Dostlar, yaxınlar dayanmadan zəng edib təbrik edir, ürək sözlərini deyirlər. Təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm”.

Yaradıcılığına gəlincə, “yaradıcılığım hələ ki, özümə məxsusdur. Yeniliklər barədə nəsə deyə bilməyəcəm”-deyə İsmayıl Ömərov cavab verib.

 

Qeyd edək ki, İsmayıl Ömərov 1954-cü ilin bu günü Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi(Kəpənəkçikəndi) kəndində anadan olub. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsində işləyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi