Modern.az

DTX Neftçalada xüsusi əməliyyat keçirir - İcra başçısı saxlanılıb? - YENİLƏNƏCƏK

DTX Neftçalada xüsusi əməliyyat keçirir - İcra başçısı saxlanılıb? - YENİLƏNƏCƏK

Aktual

20 Fevral 2020, 13:32

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirdiyi barədə məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, bu barədə  ilkin olaraq haqqin.az saytı məlumat yayıb. Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd avtomobil gəlib.

Artıq sosial şəbəkələrdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin saxlanıldığı barədə xəbərlər də yayılıb.

Hadisə ilə bağlı tezliklə rəsmi məlumat veriləcəyi gözlənilir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev 26 aprel 2011-ci il tarixindən bu vəzifəyə təyin edilib.



Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar