Modern.az

Hərbi işlər azalıb, cinayət və iqtisadi işlər artıb

Hərbi işlər azalıb, cinayət və iqtisadi işlər artıb

20 Fevral 2020, 14:27

Bu gün Ali Məhkəmənin növbəti Plenumunda qurumun fəaliyyətinə dair statistik məlumatlar açıqlanıb.

 

Modern.az xəbər verir ki, Ali Məhkəmənin mülki və hərbi kollegiyalarında 2019-cu ildə baxılmış işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artıb. Mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artıb. Ali Məhkəmənin Plenumunun 2019-ci ildə 6 iclası keçirilərək 21 qərar qəbul olunub, işlərə baxılarkən aşkar edilmiş nöqsanlar barədə 38 xüsusi qərar çıxarılıb.

 

Ali Məhkəməyə edilən müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artma müşahidə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı