Modern.az

Rəqəmlərin düzülüşü nə deyir...

Rəqəmlərin düzülüşü nə deyir...

20 Fevral 2020, 15:42

Adətən eyni rəqəmlərin ardıcıllıqla düzüldüyü gün insanların diqqət mərkəzində olur və əlamətdar gün hesab edilir. 20.02.2020-ci il tarixi də belə günlərdən hesab edillir.

 

Astroloqlar isə qeyd edir ki, bütün rəqəmlərin izahı var və bununla bağlı numerologiya elmi mövcuddur. "Numerologiya" latın sözü olub "numerus" rəqəm, "logos" elm deməkdir. Bu elmdə rəqəmlərin insan taleyində müəyyən rol oynadığına inanılır. Məsələn, neçənci ildə, ayda, gündə, bütün bunlar hesablanır, bölünür, çıxılır. Alınan rəqəmlər insanın hansı xarakterdə olduğunu xəbər verir. Burada da rəqəmlərin heç birini müqəddəsləşdirmək olmaz. Yəni, oxşar rəqəmlərin yan-yana düzülməyindən nəsə fövqəladə nəticə almağı planlaşdırmaq, fikirləşmək düzgün yanaşma deyil.

 

Məsələ ilə bağlı “Qoroskop” jurnalının baş redaktoru, astroloq Səbuhi Rəhimli Modern.az-a məlumat verib.

 

“Mənim üçün rəqəm hesablamaq, ölçmək, qədəri bilmək, çəkmək üçün daha çox vacibdir. Yəni rəqəmin özündə heç bir təsir mexanizmi olmur. Rəqəmlərə bizim münasibətimiz fərqli ola bilər. Elə ona görə də rəqəmlərin hər hansı bir təsir mexanizmi olduğunu qəbul etmirəm. Bunu əsaslandıran bir şey də yoxdur. Təbii ki, rəqəmsiz dünyamız da mümkün deyil. Amma bu o demək deyil ki, rəqəm bizə təsir edir. Rəqəmin insan həyatına heç bir təsiri yoxdur. Əslində bu cür rəqəmlər görünüşdə gözə yaxşı görsənir. Hesab edirəm ki, bütün bunlar sadəcə insanların marağından başqa bir şey deyil”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI