Modern.az

Siyasilər İsgəndər Həmidovu unudub?

Siyasilər İsgəndər Həmidovu unudub?

Aktual

20 Fevral 2020, 15:48

“Son günlər, elə biz xəstəxanada olan gün də deyildi ki, müəyyən müsbət göstəricilər yaranmağa başlayıb”

 

Bunu İsgəndər Həmidovun vəziyyəti ilə bağlı Modern.az-a açıqlama verərkən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib:

 

İki gün əvvəl onun müalicə aldığı xəstəxanada oldum. Adil müəllimlə söhbət etdim. Dünən də gözünü açdığı haqda məlumat getdi. Əlbəttə ki, hamımızın duaları odur ki, şəfa tapsın”.

 

Ümid Partiyasının sədri İqabal Ağazadə də keçmiş daxili işlər nazirinin səhhəti ilə maraqlandığını bildirib: “İsgəndər Həmidovu bir neçə dəfə ziyarət etmişəm.Vəziyyəti hələlik ağır-sabitdir”.

 

Qeyd edək ki, bir neçə gün öncə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib.

 

O, koma vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov maliyyə çatışmazlığından fevralın 5-də City Hospitala köçürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir