Modern.az

Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi

Kapital Bank-ın dəstəyi ilə yerli məhsul və xidmətlər sərgisi keçirildi

Aktual

21 Fevral 2020, 11:02

20 fevral 2020-ci il tarixində Kapital Bank-ın rəsmi təşkilatçılığı ilə keçirilən “Partners and Business” sərgisinin açılışı baş tutub. Sərgiyə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə qatılıb.

 

Modern.az xəbər verir ki, sərgidə yerləşdirilmiş Kapital Bank-ın xüsusi stendi vasitəsi ilə bankın təqdim etdiyi faktorinq, tarif paketləri, biznes kartlar və kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan digər məhsullar və BirKart haqqında ətraflı məlumat verilir. Stenddə, həmçinin yeni nəsil smart kassa cihazı da nümayiş olunur ki, sərgi iştirakçıları onun funksiyaları ilə yaxından tanış ola bilərlər.

 

22 fevral tarixinədək davam edəcək “Partners and Business” sərgisi Kapital Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir. Sərgidə sənaye, kənd təsərrüfatı, o cümlədən qida məhsullarının istehsalı, eləcə də informasiya və kommunikasiya texnologiyaları, təhsil, inşaat, logistika və s. sahələrdə fəaliyyət göstərən 150-yə yaxın yerli şirkət iştirak edir.

 

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur. Həmçinin sahibkarlara yeni nəsil smart kassa cihazları ödənişsiz əsasda təklif olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?