Modern.az

Jurnalistlər 2010-cu ildə işə hansı ovqatla başlayıblar?

Jurnalistlər 2010-cu ildə işə hansı ovqatla başlayıblar?

5 Yanvar 2010, 16:00

2009-cu il Azərbaycan jurnalistikasında çeşidli məqamları ilə yadda qaldı. Media sahəsində çalışanlardan 2009-dan razı qalanlar da oldu, narazı qalanlar da... Bəs, qələm sahibləri 2010-cu ilə hansı ovqatla qatılırlar?

  

 

“Azadlıq” radiosunun müxbiri İlqar Rəsul bu ilə yüksək ovqatla başlayıb: “Necə ki, 2009-cu ilə yaxşı başlamışdım, bu il də çox yüksək əhval-ruhiyyə ilə başladım”.

“Bizim yol” qəzetinin müxbiri Pərviz Həşimli də ilə eyni əhval-ruhiyyə ilə başlayıb: “2010-cu il Azərbaycanda çox önəmli ildir. Çünki ölkədə parlament seçkiləri keçiriləcək. Eyni zamanda beynəlxalq ölkələrin Azərbaycana diqqəti artacaq. Bu baxımdan mən ilə yüksək əhval-ruhiyyə ilə başladığımı deyə bilərəm”.

“Media forum” saytının müxbiri İmdad Əlizadə dətəzə ilə böyük ümidlə başlayıb: “Çətin də olsa, yüksək əhval-ruhiyyə ilə başladım. Güman edirəm ki, ölkəmizdə müəyyən müsbət dəyişikliklər baş verəcək. Bu il həm də parlament seçkiləri ilidir. Ümid edirik ki, uğurla keçiriləcək”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala da 2010-cu ili yaxşı qarşılayıb: “Qeyri-adi heç bir hadisə baş verməyib. Təzə ildə işə normal əhval-ruhiyyə ilə başladım”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı yeni ilə yeni mövzularla başlayıb: “Yeni ilə keçəndən telefonun yaddaşına mövzular yazırdım ki, işə çıxanda mövzu qıtlığı olmasın. Bir sözlə, işgüzar əhval-ruhiyyə ilə başladım”.

Lent.az saytının müxbiri Pərvin Abbasov da bu ilə mövzu seçimi ilə başlayıb: “İstirahət günlərində xeyli mövzular fikirləşdim. İlk iş günündə hava soyuq olsa da, hələki yaxşı keçir. Ümumiyyətlə, 2010-cu ilə yüksək əhval-ruhiyyə ilə başladım”.

“Kaspi” qəzetinin müxbiri İlham Quliyev yeni ili köhnə ilin sevinci ilə qarşılayıb: “Yeni il öncəsi KİV-ə Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqəsində qalib seçildim. Ona görə də, 2010-cu ilə böyük ruh yüksəkliyi ilə başladım”.

“Azadlıq” qəzetinin müxbiri Gültəkin Knyazqızı üçün də bu il uğurla başlayıb: “Çox yüksək əhval-ruhiyyə ilə başladım. Ümid edirəm ki, bu il azad mətbuat və “Azadlıq” qəzeti üçün uğurlu olacaq. İnşallah 2010-cu ildə baş redaktorumuz Qənimət Zahid həbsdən azad olunar”. “Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy yeni ilə köhnə qayğılarla başlayıb: “Azərbaycan kimi ölkədə yaşayan birinin yüksək əhval-ruhiyyədən danışması səmimi görünməz. Çünki işə gələnə qədər insanların üzündə gördüyüm stress, yoldakı tıxaclar və KİV-də aldığımız bəd xəbərlər əhvalımızı korlayıb. Buna görə də bayram ovqatından danışmaq mümkün deyil”.

“Olaylar” qəzetinin müxbiri Alim Hüseynli də bu ili müsbət qarşılamayıb: “O qədər də yaxşı deyil. Çünki Azərbaycanda jurnalistlərin maddi durumu ağırdır. Bu il də yaxşı olacağına inamım yoxdur”.

  

Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir