Modern.az

Orduxan Qarabağ mitinqini çəkdiyinə görə Meydan TV-yə qarşı çıxdı

Orduxan Qarabağ mitinqini çəkdiyinə görə Meydan TV-yə qarşı çıxdı

22 Fevral 2020, 17:30

 

Almaniyanın paytaxtı Berlində Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Avropada yaşayan azərbaycanlıların Ümumavropa Qarabağ mitinqi davam edir .

Dünyanın bir çox ölkəsində media aksiyaya geniş yer ayırıb.

Azərbaycanda radikal mövqeyi ilə tanınan Meydan TV də Avropadakı soydaşlarımızın Qarabağ aksiyasını canlı yayımlayıb.

Modern.az xəbər verir ki, Niderlandda yaşayan blogger Orduxan Temirxan öz feysbuk səhifəsində bu mitinqə etirazını bildirib və Meydan TV-ni də qınayıb.

O, feysbuk hesabında “Meydan TV də Meydandadır”  yazaraq, Meydan TV-də mitinqi canlı yayımlamasına eyham vurub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir