Modern.az

Gəncədə Xocalı sakinləri üçün tibbi müayinələr keçirilib - FOTO

Gəncədə Xocalı sakinləri üçün tibbi müayinələr keçirilib - FOTO

22 Fevral 2020, 15:38

Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində  Gəncə şəhərindəki Yeni qəsəbə-2-də yaşayan, əsasən Xocalı rayonundan olan məcburi köçkünlər  və qəsəbənin əhalisi tibbi müayinələrdən kecirilib.

 

Modern.az xəbər verir ki, tədbirə hazırlıq məqsədilə öncədən Şəhər İcra Hakimiyyətinin və aidiyyəti tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə xüsusi müşavirə keçirilib. Yerli televiziya kanallarında “qaçan sətirlərlə” mütəmadi elanlar verilb, Yeni qəsəbənin bir çox yerlərinə elanlar yapışdırılıb.

 

Hazırda qəsəbədə 2200-dən cox sakin yaşayır. Onlardan 1154 nəfəri Xocalı rayonundandır ki, bunlardan da 421 nəfərini uşaqlar təşkil edir.

 

Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev qeyd edib ki,  Yeni qəsəbədə 927 nəfər müayinə edilib və müvafiq məsləhətlər verilib. Həmçinin, 5 sakinə evində  konsilium edilib. Tibbi profilaktik baxışda üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə(USM), elektrokardioqrafik(EKQ) və  laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, dermatoveneroloq və digər ixtisasdan olan həkimlər iştirak ediblər. Qadın əhalisinə mama-ginekoloji baxışlar təmin edilib. Əhaliyə sanitariya maarifi vasitələri də paylanılıb. 

 

“91 şəxsə ambulator müalicə təyin edilib. 17 şəxs stasionar tibbi xidmət üçün Gəncə şəhərinə dəvət olunub” –deyə Akif Zərbəliyev əlavə edib. 

 

Sakinlər təşkil olunan  tibbi müayinələrə görə Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya  öz təşəkkürlərini bildiriblər. Müayinələr dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı