Modern.az

Gəncədə iməcilik aksiyası keçirilib - FOTO

Gəncədə iməcilik aksiyası keçirilib - FOTO

Aktual

22 Fevral 2020, 15:45

Gəncə şəhər Heydər Əliyev və Nizami prospektlərində, habelə Hava Limanına gedən yolun kənarlarında  iməcilik aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, iməcilikdə Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat işçiləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin kollektivi yaxından iştirak ediblər. Aksiya zamanı mindən çox ağac, 5000-dən çox gül kolları əkilib, 15 min kvadrat metr əraziyə isə qazon səpilib. 

 

Bununla yanaşı ərazilər alaq otlarından təmizlənib, ot örtüyü biçilərək səhmana salınıb. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları toplanıb. Bundan başqa, əkilən yeni yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Ağacların dibləri bellənib, suvarılıb, qurumuş budaqlar budanıb. 

 

Qeyd edək ki, iməcilik aksiyası 2 gün davam edəcək. Bu cür iməcliklərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır