Modern.az

İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək

İnam Kərimov Ucarda, müavinləri Goranboy və İmişlidə qəbul keçirəcək

Aktual

24 Fevral 2020, 14:28

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov fevralın 28-də, saat 11:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, həmin gün, saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində Goranboy və Yevlax rayonları, nazir müavini Elçin Zeynalov İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək. 

 

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-339-10-69), Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-551-98-43), İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) müraciət edə bilərlər. 

 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir