Modern.az

İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA

İrana uçuşlar dayandırılır? - AZAL-dan AÇIQLAMA

Aktual

24 Fevral 2020, 14:47

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti İran istiqamətində həyata keçirilən uçuşlar barədə məlumat yayıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

 

Həmçinin, AZAL prezidenti Cahangir Əsgərov  bildirib ki, reyslərə məhdudiyyət qoyulmayacaq:

 

“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”.

 

Bundan əlavə, qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib ki, bu istiqamətdə əlavə tədbirlər görüləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür