Modern.az

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24 Fevral 2020, 14:22

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

Məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Onlardan 17800-nə e-qaydada pensiya, 33200-nə isə müavinət və təqaüd təyin edilib.

 

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

 

Yaradılmış e-təyinat sistemləri il ərzində  sosial təminat növləri üzrə 200 minədək təyinatın  elektron şəkildə həyata keçirilməsinə imkan verir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?