Modern.az

Özbəkistanda da türk serialları qadağan edildi

Özbəkistanda da türk serialları qadağan edildi

11 Aprel 2012, 11:36

Özbəkistanda türk seriallarının yayımına qadağa qoyulub. Modern.az özbək internet resurslarına istinadən bildirir ki, bu ilin fevralında Prezident Adminsitrasiyası bu barədə göstəriş verib.

Rəsmi Daşkənd dövlət və özəl telekanallarda yayımlanan türk komediya və digər serialların  dərhal dayandırlımasını tələb edib. Hakimiyyət hesab edir ki, bu filmlər özbək tamaşaçıarı üçün münasib deyil. Bununla yanaşı, Özbəkistanda Türkiyə tərəfindən maliyyələşdirilən bir sıra təhsil müəssələri də bağlanıb. Son iki ildə isə bu ölkədə 54 türk iş adamı həbs edilib və 50 türk şirkəti bağlanıb.  
Bu addımın əsas kökündə prezident İslam Kərimovun  AKP hakimiyyətinə olan etimadsızlığı durur. Kərimov İslam imanının Orta Asiya ölkələrində təbliği cəhdindən qorxuya düşüb. Rəsmi Daşkənd ölkədə olan  türk şirkətlərinin “nurçu” təriqəti ilə əlaqələrindən şübhələnir.   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi